ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə43/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

126-CI ƏSAS (TƏVƏSSÜL)


İnsan həyatı təbii vasitələrdən bəhrələnmək əsasında qurulmuşdur. Onların hər biri özünəməxsus təsirə malikdir. Hər insan susuz olanda su içir, aclıq hiss etdikdə isə yemək yeyir. Çünki həyatın müxtəlif ehtiyaclarını təmin etmək üçün bu cür vasitələrin müstəqil təsir ediciliyinə etiqad bəsləməzsə, bu iş eynilə tovhid və yeganə Allaha pərəstiş etməkdir. Qurani-kərim Zülqərneynin bəndi qurmasında camaatdan kömək istəməsini zikr edərək buyurur:Ó

º†bÓ«ÓŸÈÊÔËÊȆ»vÔËsÓ:n†√ÓÃtŸÓ‰t†»ÓÈtÊÓ„ÔÂt†ËÓ†»ÓÈtÊÓÁÔÂt†—Óœt«Ά;

“Sizinlə onların (Yəcuc və Məcuc tayfalarının) arasında bir sədd (bənd) qurum deyə, öz qüdrətinizlə mənə kömək edin.»315

Şirki (Allaha şərik qoşmağı), Allahdan başqalarına təvəssül edib, onlardan kömək almaq kimi təfsir edənlərin sözü yalnız o vaxt düz ola bilər ki, həmin vasitələrin müstəqil şəkildə təsir ediciliyə malik olmasına etiqad bəslənsin. Lakin onların, Allahın izni və məşiyyəti ilə bizə kömək etdiyini nəzərə alsaq, heç vaxt şirk sayılmaz və belə bir insan tovhid əqidəsindən uzaqlaşmaz. Çünki insan həyatı ilk əzəldən müəyyən vasitələrdən istifadə etmək əsasında qurulmuşdur.

Zahirən söhbət təbii vasitələrdən deyil, qeyri-təbii vasitələrdən istifadə etməkdən gedir ki, bu vasitələri vəhydən başqa bir yolla tanımaq mümkün deyildir. Quran ayələrində və Peyğəmbər (s) sünnətində müəyyən bir şey vasitə kimi tanıtdırılarsa, ona təvəssül etmək, təbii vasitələrdən kömək almaq kimi olacaqdır. Buna əsasən, biz qeyri-təbii vasitələrdən iki şərt daxilində istifadə edə bilərik:

1-Qurani-kərim və ya Həzrət Mühəmmədin (s) davranışı bir şeyin dünya və axirət məqsədləri üçün vasitə olduğunu bəyan etsin.

2-Bu kimi vasitələr üçün heç bir vəch ilə müstəqil təsirediciliyə malik olmasına etiqad bəsləməyib, onların təsirini yalnız Allahın izni və məşiyyəti şərti ilə qəbul etmək.

Qurani-kərim bizi mənəvi vasitələrdən istifadə etməyə dəvət edərək buyurur:

º†È«“†«ÓÈsÔÁÓ«†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†« sÓvÔË«†«‹Ó†ËÓ†«»t Ó⁄ÔË«†«‰ÓÈtÁ†«‰tËÓGȉÓ:ÓËӆë“ÁœÔË«†bȆGÓ»ȉÁ†‰ÓŸÓ‰sÓ„ÔÂt† Ôbt‰ÕÔËÊÓ†;

“Ey iman gətirənlər! Pərhizkar olun və (Allaha yaxın olmaq üçün) bir vasitə seçin Onun yolunda cihad edin ki, bəlkə səadətə çatasınız.»316

Qeyd etmək lazımdır ki, vasitə yaxın olmaq mənasında deyil, əksinə Allaha yaxın olmaq üçün bir şeydir. Onlardan biri də, ayədə zikr olunduğu kimi, Allah yolunda cihad etməkdən ibarətdir. Sair işlər də Allaha yaxınlaşmaq üçün vasitə ola bilər.317

127-Cİ ƏSAS (TƏVƏSSÜL)


Keçən əsasda həm təbii, həm də qeyri-təbii vasitələrə təvəssül etməyin (onların müstəqil təsirə malik olmadığına inanmaq şərtilə) eynilə tovhid və yeganəpərəstlik olduğu isbat olundu.

Şübhəsiz, Allahın əmrini yerinə yetirmək üçün namaz, oruc, zəkat, cihad və bu kimi sair vacib və müstəhəb əməllər əncam vermək, bir növ mənəvi (qeyri-təbii) vasitə sayılır. İnsan onların vasitəsi ilə öz məqsədlərinə və ya Allahın razılığına çatır, bəndəçiliyin həqiqətini dərk edib nəticədə Allah dərgahına yaxınlaşır. Qeyd etmək lazımdır ki, bu yolda qeyri-təbii vasitələr təkcə sayılan bir neçə ibadət deyil, əksinə Quran və sünnətdə duaların qəbul olunması üçün bir sıra vasitələr də qeyd olunmuşdur. Onların bəzisini diqqətinizə çatdırırıq:

1-Allahın Quran və sünnətdə qeyd olunan gözəl adları və sifətləri. Allah-taala buyurur:

º†ËÓ†‹†«˘ÓGt«“¡Ô†«‰tÕÔGtÊÈ”†bÓ«œtŸÔËÁÔ†»ÁÓ«†;

“Gözəl adlar Allaha məxsusdur. Allahı o gözəl adlar vasitəsi ilə çağırın.»318

Dua kitablarında Allahın gözəl adlarına və sifətlərinə təvəssül etmək barədə çoxlu hədis mövcuddur.

2-Ən uca məqamda olan Həzrət Peyğəmbərə (s), ilahi övliyalara, Allahın saleh və pak bəndələrinə təvəssül etməklə onların duası nəticəsində məqsədə çatmaq.

Qurani-kərim özlərinə zülm etmiş şəxslərə (günahkarlara) belə göstəriş verir:

º†ËÓ†‰ÓËt†«–t†ÿÓ‰ÓÂÔË«†«ÓÊtbÔGÓÁÔÂt†Ã«“ƒÔË„Ó†bÓ«Gt Ó⁄tbÓ—ÔË«†«‹Ó†ËÓ†«Gt Ó⁄tbÓ—Ó‰ÓÁÔÂÔ†«‰—sÓGÔˉԆ‰ÓËÓÃÓœÔË«†«‹Ó†

 ÓËs«“»«Î†—ÓÕÈ«Ά;

“Onlar (günahkarlar) özlərinə zülm etdikdə sənin (Peyğəmbərin) yanına gəlib Allahdan bağışlanmaq istəsə və Peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyərsə, belə halda Allahın tövbələri qəbul edən və mehriban olduğunu görəcəklər.»319

Həmçinin münafiqləri, Peyğəmbərin yanına gedib bağışlanmaq istəməkdən boyun qaçırdıqları üçün məzəmmət edərək buyurur:

º†ËÓ†«–«“†vȉӆ‰ÓÁÔÂt† ÓŸ«“‰ÓËt«†ÈÓGt Ó⁄tb—t†‰Ó„ÔÂt†—ÓGÔˉԆ«‹†‰ÓËsÓËt«—ÔƒÔËGÓÁÔÂt†ËÓ†—Ó√ÓÈt ÓÁÔÂt†ÈÓgÔœsÔËÊÓ†ËÓ ÁÔÂt

†ÂÓGt Ó„t»—ÔËÊÓ†;

“Hərgah onlara (münafiqlərə) “Peyğəmbər sizin üçün Allahdan bağışlanmaq istəsin deyə, yanına gedin”-deyildikdə, (bu işdən) boyun qaçırır. Onların (Allah yolunu) kəsmələrinin görürsən və onlar müstəkbirlərdir (böyüklük tələb edənlərdir).»320

Bəzi ayələrdə belə bir əməlin (təvəssülün) keçmiş ümmətlər arasında da mövcud olması gözə çarpır. Buna misal olaraq Yəqub peyğəmbərin (ə) oğlanlarının Allahdan, onları əfv etmək barəsindəki xahişini qeyd etmək olar:

º†È«“†«Ó»«“Ê«“†«Gt Ó⁄tb—t†‰ÓÊ«“†–ÔÊÔË»ÓÊÓ«†«ÊsÓ«†„ÔÊsÓ«†Œ«“◊∆ÈÊÓ;†v«“‰Ó†GÓËtbÓ†«ÓGt Ó⁄tb—Ô†‰Ó„ÔÂt†—Ó»sȆ«ÊsÓÁÔ†ÁÔËÓ†«‰t⁄Óbs«“—Ô†«‰—sÓÕÈÂÔ†;

“(Yəqub peyğəmbərin oğlanları) dedilər: Ey ata! Bizim günahlarımız üçün Allahdan əfv istə, həqiqətən biz xətakarlardanıq. (O Həzrət) dedi: Tezliklə Rəbbimdən sizin üçün bağışlanmaq istəyərəm. Həqiqətən O, çox bağışlayan və mehribandır.»321

Belə deyilə bilər ki, bizim dua və təvəssülümüz həmin vasitənin yalnız həyatda olduğu halda tovhid əqidəsi ilə zidd deyil. Amma hazırda bütün ilahi peyğəmbərlər bu dünyadan köçmüşdür. Belə olan halda, onlara təvəssül etmək hansı əsasa görə tovhid əqidəsi ilə uyğun olan təsir göstərə bilər?

Bu sualın cavabında iki mühüm mətləbi qeyd etmək lazımdır:

1-Peyğəmbərə və ya ilahi övliyalara təvəssül etmək onların diri olması ilə şərtlənsə, onda onların vəfatlarından sonra təvəssül etmək şirk yox, sadəcə faydasız bir iş olacaqdır. Bu da çox vaxt unudulan bir məsələdir. Bəziləri belə təsəvvür edir ki, həyat və ölüm tovhidlə şirkin sərhəddidir. Halbuki, əgər (təvəssül edən vaxt peyğəmbər və ya ilahi övliyaların diri olması) şərt olunarsa, onların diri olub-olmaması yalnız təvəssül və duanın faydalı və ya faydasız olması ilə nəticələnəcəkdir. Onların diri olub olmaması isə heç vaxt tovhid və şirkə dəlil ola bilməz.

2-Təvəssülün faydalı olub nəticə verməsinin iki şərti vardır. Onlar aşağıdakılardan ibarətdir:

a) Təvəssül olunan şəxsin elm, şüur və qüdrətə malik olması.

b) Təvəssül edənlərlə onun arasında rabitənin olması.

Quran ayəsi, rəvayət və hətta əqli dəlillərə əsasən dünyadan getmiş ilahi peyğəmbərlər və övliyalara təvəssül etməkdə hər iki şərt (yəni onlarda elm, şüur və qüdrət olması və onlarla təvəssül edənlər arasında rabitənin olması) bir çox mövcuddur.

105 və 106-cı əsaslarda bəyan etdiyimiz kimi, Quranda və rəvayətlərdə qeyd olunmuş bərzəx həyatı buna ən canlı şahidlərdən sayılır. Qurani-kərimin buyurduğuna görə, Allah yolunda şəhid olanlar yaşayır. Şübhəsiz, Allah yolunda şəhid olmuş ilahi peyğəmbərlər və övliyalar daha yüksək həyat tərzi ilə yaşamaqdadırlar.

Müsəlmanlar ilə Allah övliyaları arasında rabitənin olmasına da bir çox dəlillər vardır. Onlar aşağıdakılardan ibarətdir:

1-Bütün müsəlmanlar namazlarının sonunda İslam Peyğəmbəri Həzrət Mühəmmədə (s) xitabən belə deyirlər:

º†«Ó‰GsÓ‰«“ÂÔ†ŸÓ‰ÓÈt„Ó†«ÓÈsÔÁÓ«†«‰ÊsÓ»ÈsÔ†ËÓ†—ÓÕtÂÓ:Ô†«‹†ËÓ†»Ó—Ó„«“ ÔÁÔ†;

“Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun!»

Görəsən müsəlmanlar bu sözü əbəs yerə deyirlər? Görəsən Peyğəmbər (s) bu qədər salamları eşitmir və onların cavabını vermirmi?

2-”Bədr” döyüşündən sonra Həzrət Peyğəmbərin (s) göstərişinə əsasən, müşriklərin cənazələri bir quyuya töküldü. Daha sonra Peyğəmbər (s) onlarla söhbət etdi. Səhabələrindən biri təəccüblə: “ölülərlə danışır-sanmı?» - deyə soruşduqda, Həzrət buyurdu: “Siz heç də onlardan yaxşı eşitmirsiniz!»322

3-Rəsuli Əkrəm (s) dəfələrlə “Bəqi”» qəbiristan-lığına gedib orada dəfn olunanlara belə xitab edirdi:

º†«Ó‰GsÓ‰«“ÂÔ†ŸÓ‰È”†«ÓÁt‰†«‰œsÈ«“—†ÂÊÓ†«‰tÂÔƒtÂÊÈÊÓ†ËÓ†«‰tÂÔƒtÂÊ«“ †;

“Əhalisi möminlər və möminələr olan diyar, sizə salam olsun!»

Ayrı bir rəvayətə əsasən, belə buyururdu:

º†«Ó‰GsÓ‰«“ÂÔ†ŸÓ‰ÓÈt„ÔÂt†œ«“—Ô†vÓËtÂn†ÂÔƒtÂÊÈÊÓ†;

“Salam olsun möminlər dəstəsinin evinə!»323

4-Buxari özünün “Səhih” kitabında belə nəql edir: Peyğəmbər (s) vəfat edən gün, Əbu Bəkr Ayişənin evinə daxil olub Peyğəmbərin (s) üzünü açdı, o Həzrətin üzünü öpdü və ağlayan halda belə dedi:

º†»«»Ȇ«ÓÊt Ó†È«“†ÊÓ»ÈsÓ†«‹†‰«“†ÈÓÃtÂÓŸÔ†«‹Ô†ŸÓ‰ÓÈt„Ó†ÂÓËt Ó ÓÈtʆ«ÓÂsÓ«†«‰tÂÓËt Ó:Ô†«‰sÓ Ȇ„Ó Ó»Ó t†ŸÓ‰ÓÈt„Ó†bÓvÓœsÓÂt ÓÁÓ«†;

“Ey Allahın Peyğəmbəri! Atam sənə fəda olsun! Allah sənin üçün iki ölüm yazmamışdır və sənə vacib olan (bircə vəfat) baş vermişdir.»324

Həzrət Rəsuli Əkrəm (s) vəfatından sonra Bərzəx həyatında olmasaydı və bizimlə onun arasında heç bir rabitə olmasaydı, onda Əbu Bəkr hansı əsasla o Həzrətlə danışaraq onu “ey Allahın Peyğəmbəri!»-deyə səsləyir?

5-Əmirəl-möminin İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) qüsl verən halda belə deyirdi:

º†»«Ó»Ȇ«ÓÊt Ó†ËÓ†«ÔÂsȆȫ“†—ÓGÔˉӆ«‹†‰ÓvÓœt†«ÊtvÓ◊ÓŸÓ†»ÂÔËt „ӆ«“†‰ÓÂt†ÈÓÊtvÓ◊Ÿt†»ÂÓËt †⁄ÓÈt—„Ó†ÂÊÓ†«‰ÊsÔ»ÔËsÓ:†ËÓ†«˘ÓÊt»«“¡†

ËÓ†«ÓŒt»«“—†«‰GsÓ«“¡;;;†;

“Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun! Sənin vəfatınla elə şeylər kəsildi ki, başqalarının ölümü ilə kəsilməzdi. Sənin vəfatınla nübüvvət və vəhy yolu kəsildi... Atam-anam sənə fəda olsun! Bizi Allah yanında yada salıb xatırla!»325

Qeyd etmək lazımdır ki, ilahi peyğəmbərlərə və övliyalara təvəssül etməyin isbat olunmasının başqa yolları da vardır. Onlar haqqında ətraflı məlumat kəlam kitablarında qeyd olunmuşdur.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin