4. T
ədqiqat qrupları
Müəllimlər vacib məsələlərlə bağlı öz həmkarları ilə formal müzakirə və qarşılıqlı təmasdan
faydalanırlar. Tədqiqat qruplarında müəllimlər böyük qrup və ya kiçik qruplar şəklində
əməkdaşlıq edərək ümumi bir problemi həll etmək və ya ümumi bir məqsədə çatmaq üçün plan
hazırlamaq və tətbiq etmək məqsədilə müəyyən bir məsələni tədqiq edirlər. Tədqiqat ̶ (ixtisaslı
bir t
əlimçinin rəhbərliyi altında aparılan oxuma, müzakirə, yazı və refleksiya) tədqiqat qrupunun
əsas komponentidir. Tədqiqat prosesində onlar çap formasında olan resurslardan, sinif otağı
materiallarından (məsələn, şagirdlərin hazırladığı işlər) və problemə yanaşmalarının bir hissəsi
kimi öz təcrübələrindən istifadə edə bilərlər.
Dostları ilə paylaş: |