ər peşə sahibləri ilə əməkdaşlıq və ya inklüziv təhsildə tərəfdaşlar
Vurğuladığımız kimi, inklüziv təhsil təcrid olunmuş halda baş vermir. Siniflərin və məktəblərin
uğurla inklüzivləşdirilməsi üçün digər sektorlarla tərəfdaşlıq etmək əsas məqamlardan biridir.
M
əsələn:
1. S
əhiyyə ̶ zəif sağlamlığın və qidalanmanın iştiraka və öyrənməyə təsiri. Azərbaycanda
əlilliyi olan uşaqların adi məktəblərdə təhsil alması Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın
apardığı qiymətləndirmədən (buraya sağlamlığın qiymətləndirilməsi daxildir) asılıdır.
2.
Sosial müdafiə ̶ əlilliyi olan uşaqlar çox zaman sosial müdafiə xidmətlərindən istifadə
etm
ək hüququna malik olur. Uşaqlara hərəkətlilik, səhiyyə xidməti, reabilitasiya və
iştiraka şərait yaradan digər dəstək tədbirləri üçün müavinətlər və maliyyə yardımı ayrılır.
3. Su v
ə kanalizasiya ̶ uşaqların sanitar qovşaqlara çıxışı olmasa, onlar təlim prosesində
iştirak edə bilmirlər.
4. N
əqliyyat və infrastruktur ̶ məktəbə getmək mümkün olmazsa, uşaqlar təhsil ala
bilmirl
ər.
Dostları ilə paylaş: |