Mövzu 3. TƏHSİLDƏ İNAM, PAYLAŞMA VƏ DƏSTƏK MÜHİTİNİN FORMALAŞDIRILMASI
3.1.
Müəllimlər necə öyrənirlər?
Öyrənmə davamlı fəaliyyətdir.
Öyrənmə bir günlük seminarlarda və ya təlim sessiyalarında baş vermir. Müəllimlər nadir
hallarda seminarlardan ekspert s
əviyyəsində biliklər və yeni ideyaların tətbiqi üçün bütün zəruri
bacarıqları əldə edirlər. Müəllimlərin yeni təcrübəni tam başa düşməsi və tətbiq edə bilməsi
üçün onlara vaxt, eyni zamanda yeni konsepsiya və təcrübələrin içərisində olmaq lazımdır.
Müəllim inkişafı yalnız davamlı və fasiləsiz olduğu halda baş tutur.
Müəllimlərin öyrənməsi üçün
ən yaxşı mühit öz məktəbləridir.
Dostları ilə paylaş: |