“İnklüziv sinifdə təlimin təşkili”


 T əlim metodlarının adaptasiyası



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#113626
1   ...   46   47   48   49   50   51   52   53   ...   113
İnkluziv sinflərdə təlimin təşkili

5.2. T

əlim metodlarının adaptasiyası 

Universal 

öyrənmə  dizaynı  hər  kəs  üçün  bərabər  imkanlar  yaradan  dərslərin  və  təlim 

mühitnin hazırlanmasında müəllimlərə kömək edən bir yanaşmadır. Bu, şagirdlərin öyrənməsi 

üçün  təqdimatın,  hərəkət  və  ifadənin,  dərsə  cəlb  olunmanın  çoxsaylı  vasitələrindən  istifadə 



 

28 


 

ed

ərək  sinifdə  bütün  uşaqları  əhatə  edən  dərsləri  hazırlamaq  və  qiymətləndirmək  üçün 



müəllimlərə imkanlar verir. 

 

T



əlimdə akkomodasiya və modifikasiya 

Müəllim  tədris  materialının  uyğunluğunu  təhlil  etdikdən  sonra  seçdiyi  təlim  metodunun 

uyğun  olub-olmadığını  müəyyənləşdirməyə  çalışmalıdır.  İstənilən  metodların  tətbiqi  ilkin  şərt 

kimi  şagirdlərdə  müəyyən  bilik  və  bacarıqların  olmasını  nəzərdə  tutur.  Müəllimlər  dərsdə 

istifad

ə etmək üçün seçdikləri metodların tətbiqi zamanı şagirdlərin hansı potensial çətinliklərlə 

üzləşə  biləcəklərini  müəyyən  etməlidirlər.  İstifadə  ediləcək  təlim  metodlarının  təhlili  zamanı 

müəllimlərin  bu  və  ya  digər  metodunun  uğur  qazanmasının  şərti  kimi  aşağıdakı  bacarıqları 

n

əzərdən keçirmələri zəruridir: əqli, sosial, müstəqil öyrənmə, fiziki. 



 

T

əlim 



metodlarının 

təhlili 


müxtəlif 

ehtiyacları 

olan 

uşaqlar 


üçün 

təlimin 


plan

laşdırılmasında birinci mərhələdir. Növbəti mərhələ uşaqların müxtəlif ehtiyaclarına uyğun 

olan  metodların  istifadə  olunmasından  ibarətdir.  Bu  isə  təlimdə  uyğunlaşdırma 

(akkomodasiya) v

ə dəyişikliklərin (modifikasiyaların) həyata keçirilməsini tələb edir. 

 

Akkomodasiya 



t

ədris 


materialının 

məzmununu 

v

ə 

anlama 



ba

xımından  mürəkkəbliyini  dəyişmədən  təlimin  xarakterini  dəyişir.  Akkomodasiya  termini 

əlilliyi  olan  uşağın  cəmiyyətə  adaptasiyasına  şərait  yaradan  mühit  və  ya  təchizatın 

d

əyişdirilməsini  tərif  etmək  üçün  istifadə  olunur.  Əlilliyi  olan  uşaqların  nizamlı  şəkildə  təlim 



kursuna  davam  etm

ələrini  təmin  edir.  Akkomodasiya  öyrənməni  fərdiləşdirən,  materialı 

d

əyişdirmədən öyrətməyə təşviq edən taktika və strategiyadır.  



 

Akkomodasiya nümunələri bunlardır: 

1. 

Eşitmə məhdudiyyəti olan uşaqlar üçün işarət dili tərcüməçiləri 



2. 

Görmə məhdudiyyətli uşaqlar üçün elektron mətn danışma sistemləri 

3. 

Kiçik  motorika  məhdudiyyətləri,  görmə  məhdudiyyətli  və  ya  öyrənmə  çətinliyi  olan 



şagirdlər üçün uzun zamanın verilməsi 

4. 


Görmə məhdudiyyətli uşaqlar üçün böyük hərfli kitablar və s. 

Müəllimlər təlim prossesinə tam cəlb olunmaları üçün uşaqlara bərabər imkanlar yaratmaq 

m

əqsədilə  akkomodasiyaları  həyata  keçirirlər.  Başqa  sözlə,  akkomodasiyalar  uşaqlara  təlim 



prosesind

ə  iştirak  etmək  imkanı  verir,  onlara  hansısa  bir  üstünlük  vermir.  Təlim  prosesində 




 

29 


 

akkomodasiyaları 

həyata 

keçirmək 

üçün 

bir 


çox 

üsullar 


var. 

Sinifdə 


aşağıdakı sahələr üzrə akkomodasiyaları həyata keçirmək olar:  

 



Fiziki mühit: bu sahə üzrə akkomodasiya sinif mühitində, qruplara bölünmədə, uşaqların 

yerləşdirilməsində uyğunlaşdırmanı nəzərdə tutur 

 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin