Öyrənilənlərin əks etdirilməsini və qiymətləndirməni inkişaf etdirin.
T
əlimdə fərdlərin davranışlardakı dəyişiklikləri yoxlamaq üçün onların öz
davranışlarından əldə etdiyi məlumatı toplamaq, qrafikləşdirmək və təsvir etməkdə
onlara kömək etmək məqsədilə köməkçi vasitələr və ya qrafiklər təklif edin.
Mövzu 6. İNKLÜZİV DƏRSİN PLANLAŞDIRILMASI VƏ TƏTBİQİ
6.1.
İnklüziv sinif üçün dərsin planlaşdırılması
Müəllimlər tərəfindən dərsi planlaşdırmaya şagirdlərin maraqları, güclü tərəfləri, ehtiyacları
v
ə dərsin məzmununu nəzərə alıb dəyişikliklər edərək yanaşması ideal formadır. Müəllimlər bir
sıra şagirdləri və öyrənmə tərzlərinin müxtəlifliyini nəzərə alaraq dərsi planlaşdırmalıdır. Bu
t
əcrübə əlilliyi olan şagirdlər üçün müvafiq olan və bütün şagirdlərin ehtiyaclarını təmin edən
d
ərsləri inkişaf etdirir. Müəllimlər inklüziya və cəlb olunmanı asanlaşdırmaq üçün mədəni mühit
v
ə şagirdlər ilə məktəb arasında aydın əlaqələri təmin etməyi də planlaşdırmalıdır.
UNESCO inklüziv siniflərdə dərs planlaşmasında aşağıdakı kurikulum üçbucağını tövsiyə
edir.
Dostları ilə paylaş: |