“İnklüziv sinifdə təlimin təşkili”


Əsas sinif strategiyaları və adaptasiya: Görmə məhdudiyyəti olan uşaqlar üçün



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə75/113
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#113626
1   ...   71   72   73   74   75   76   77   78   ...   113
İnkluziv sinflərdə təlimin təşkili

Əsas sinif strategiyaları və adaptasiya: Görmə məhdudiyyəti olan uşaqlar üçün: 

 



Görmə məhdudiyyəti olan uşaqları yazı lövhəsinə yaxın otuzdurun. 

  Sinifd



ə iri şriftlə çap edilmiş təlim materiallarından istifadə edin. 

 



Lazım  olarsa,  diktafona  yazılmış  mətnlərdən  istifadə  edin.  Şagirdlərə  qeydlər  aparmaq 

əvəzinə dərsləri və təlimatları diktafona yazmağa icazə verin.  

  Oxumaq  v



ə  yazmaq  üçün  uşaqlara  daha  çox  vaxt  verin.  Şagirdlərə  tapşırıqları  yerinə 

yetirm


ək üçün daha qalın uclu marker və ya yazı alətindən istifadə etməyə icazə verin.   

 



Yazılı  təlimat  və  ya  tapşırıq  verdikdə  materialın  qısa  şəkildə  və  böyük  hərflər  ilə 

yazıldığına əmin olun. Uşaqlara sinif qeydlərinin nüsxəsini təqdim edin və onlara iPad və 

ya tabletl

ər ilə onları qeydə almağa icazə verin.  

  T


əlimatları həm şifahi, həm də yazılı təqdim edin.  Hər bir ifadəni lövhədə yazıldığı kimi 

deyin. 


 

Görmə  məhdudiyyəti  olan  şagirdlərə  tapşırıqlarını  daha  qısa  yazılmış  variantda  təqdim 



etm

əyə və ya öyrəndiyini fərqli vasitə ilə nümayiş etdirməyə icazə verin.  




 

46 


 

  N



əzərə alın ki,  görmə məhdudiyyəti olan uşaqların vizual vasitələrlə təlim alma ehtimalı 

azdır  və  həmin  vasitələrdən  istifadəsi  də  az  olacaq  (məsələn,  sinif  planını  görməsi, 

saatda vaxtı yoxlaması, təlimat materialları və sinif otağının qaydaları və s. daxil olmaqla 

divardakı əyani vasitələrin və materialların oxunması).  

 

Görmə məhdudiyyəti olan uşaqlar təlim yerlərində oriyentasiya və səfərbərlikdə köməyə 



ehtiyac duyacaqlar. Sinfin 

planı, kitabxana, yeməkxana və məktəbin digər əsas ərazilərə 

b

ələd  olması  üçün  görmə  məhdudiyyəti  olan  uşaqlara  vaxt  verin  ki,  onu  əhatə  edən 



mühit ilə tanış olsun və ətrafda hərəkət edərkən inamlı olsun. Məktəbin planı və məktəbin 

fövqəladə  hallar  üzrə  prosedurlarını  görmə  məhdudiyyəti  olan  uşaq  üçün  aydınlaşdırın 

(m

əs.,  tualetlər,  idman  zalı,  kitabxana,  yeməkxana,  təlimat  otağı,  oyun  meydançası  və 



s.).  

 



Görmə məhdudiyyəti olan uşaqlar adlar ilə simaları əlaqələndirməyə bilərlər, ona görə də 

h

əmin uşaqlara öz sinif yoldaşları ilə tanış olmaq üçün vaxt verin. Məqsədyönlü şəkildə 



sinif  yoldaşları  ilə  kiçik  qruplar  və  ya  fərdi  şəkildə  tanış  ola  biləcəkləri  fəaliyyət  və 

t

əcrübələr təşkil edin. 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin