121. İnflyasiyanı doğuran səbəb deyil:
A) istehsal xərclərinin artması;
B)) tələb və təklifin tarazlığı.
C) əmək haqqının yüksəlməsi;
D) təklif mexanizminin pozulması;
E) tələbin artması;
122. Açıq və qapalı inflyasiyaya qarşı yönəldilən tədbirlərə aid deyil:
A) qiymət və gəlirlərin artımının yuxarı həddinin müəyyən edilməsi;
B)) əmək məhsuldarlığının artımının əmək haqqının artımından aşağı olması;
C) qiymət və gəlirlərin müvəqqəti dayandırılması;
D) qiymət və gəlir üzərində inzibati nəzarətin olması zəruriliyi;
E) heç biri düz deyil.
123. Bunlardan hansı dövlətin struktur siyasətinin birbaşa metodlarına aid deyil?
A) dövlət tərəfindən əmtəə və xidmətlərin alınması;
B)) hüquqi şəxs tərəfindən əmtəə və xidmətlərin alınması;
C) elmi – tədqiqat və təcrübə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi;
D) konstruktor və layihə işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi;
E) iqtisadiyyatın ayrı – ayrı sahələrinin kreditləşməsi.
124. “Multiplikator” anlayışı iqtisadiyyata neçənci ildə və kim tərəfindən daxil edilmişdir?
A) ingilis iqtisadçısı A. Smit tərəfindən – 1935 –ci ildə;
B)) ingilis iqtisadçısı R.F. Kan tərəfindən – 1931 –ci ildə;
C) fransız iqtisadçısı A. Marşall tərəfindən – 1933 –cü ildə;
D) amerika iqtisadçısı M. Fridmen tərəfindən – 1931 –ci ildə;
E) alman iqtisadçısı K. Marks tərəfindən – 1921 –ci ildə.
Dostları ilə paylaş: |