Иран Ислам Республикасынын


وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُواْ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ



Yüklə 398,5 Kb.
səhifə5/11
tarix10.01.2022
ölçüsü398,5 Kb.
#108490
1   2   3   4   5   6   7   8   9   10   11
وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُواْ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

«Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və (mübahisə etməyin ki,) süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.»4

7- Həmçinin Ənam surəsinin 159-cu ayəsində ixtilafı bərk məzəmmət edib buyurur:

إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ

«Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.»5

8- Ali-İmran surəsinin 105-ci ayəsində vəhdətin qorunmasının zərurəti haqqında buyurulur:

وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ
وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ


«(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.»

9- Allah-Təala Ali-İmran surəsinin 103-cü ayəsində it­ti­had və birliyi cəmiyyətin təkamül amillərindən sayıb buyurur:



وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

«Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.»

10-Həşr surəsinin 10-cu ayəsində buyurulur:

رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَّحِيمٌ

«Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan».

Beləliklə, müsəlmanları bir-birinə dua etməyə dəvət edir ki, aralarında yaxınlıq, məhəbbət və mehribanlıq yaransın.

Məsumların(ə) hədislərində vəhdət haqqında belə deyilir:

İmam Əli(ə) «Nəhcül-bəlağədə» (səh 177) müsəlmanlar arasında ixtilaf və pərakəndəliyi şeytan tələsi sayıb buyurur:

انَّ الشَيطانَ يُسَنيِّ لكم طُرُقَهُ ويُريدُ ان يَحُلَّ دينٌكم عُقدَةً عُقدَةً و يُعْطِيكُم بالجماعة الفرقه و بالفرقه الفِتْنَة

«Şeytan öz yollarını sizin üçün asanlaşdırır və bu işdən məqsədi odur ki, qəlblərinizin dini bağlantılarını düyün-düyün açsın, sizin birliyinizi pərakəndəliyə çevirsin və təfriqə yaratmaqla fitnə-fəsad törətsin.»

«Kənzül-ummal» kitabının 20242-ci hədisində Peyğəmbər (s) birliyi rəhmət və ixtilafı əzabın məzhəri kimi təqdim edib buyurur:


Yüklə 398,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin