İŞİD-lə üz-üzə


İkinci bölmə İran-Suriya yolunda



Yüklə 346,24 Kb.
səhifə8/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

İkinci bölmə

İran-Suriya yolunda



Birinci fəsil

Təlim mərkəzi


Hər şey Feysbukda gördüyüm bir şəkildən başladı. Üç əfqanıstanlı hərbi geyimdə və silahla torpaq istehkamın arxasında dayanmışdı. Papaqlarının üstündən “Ləbbeyk, ya Zeynəb” yazılmış lent bağlamışdılar. Şəklin altından da belə yazılmışdı: “Suriyadakı əfqanıstanlı döyüşçülər”.

O vaxt camaat arasında belə söhbət gedirdi ki, həzrət Zeynəbin məqbərəsini uçurmaq və Suriya şiələrini qətliam etmək istəyirlər. Ancaq Suriyaya vuruşmağa getmək məsələsi çox məxfi idi.

O şəkli görəndə canıma od düşdü, bir anlığa bütün sual və narazılıqlarımın cavabını tapdım. Mənim yerim Əfqanıstan və ya Yunanıstan deyildi, Suriya idi. Ondan sonra hər gün artan həvəslə Suriyaya getməyə yol axtarmağa başladım. Ancaq nəinki heç bir yerdə ad yazılmır, hətta bunu gizlədirdilər də. Eşitmişdim ki, məhəlləmizdə bir nəfər Suriyadan təzə gəlib. Onunla görüşdüm, amma Suriyaya getdiyini inkar etdi.

İnternetdə axtarış zamanı Suriyadakı döyüşləri işıqlandıran bir sayt gördüm. Saytın rəhbərinə çox yazdım ki, mənə yol göstərsin, amma həmişə belə cavab verirdi: “Belə bir şey yoxdur. Biz Suriyada vuruşmuruq, sadəcə, məsləhətçilik edirik”. Ona çox yazdım, israrla dedim: “Casus deyiləm, həqiqətən, getmək istəyirəm. İki həftədir nə yeyə bilirəm, nə də yata. Dəli olmaq üzrəyəm”.

Nəhayət, bir gün səhər çağı mənə bir telefon nömrəsi göndərdiyini gördüm. Tez geyinib getdim. Tanımadıqları adamı içəri buraxmırdılar. Dedim ki, indicə sizinlə telefonla danışdım, buranın ünvanını verdiniz.

Nəhayət, qapı açıldı, içəri girdim. Evdə hər şey normal idi, müharibəyə ad yazılan yerə heç bir oxşarlığı yox idi. İlk görüşdə mehriban və gülərüz olan kişi birdən-birə çox ciddiləşdi, dedi ki, sözlərinə yaxşı qulaq asım. O zaman hələ İŞİD yaradılmamışdı. Suriyada qiyam qaldıran silahlılardan danışdı. Oranın ağır vəziyyəti barədə o qədər danışdı ki, elə bildim, məni fikrimdən daşındırmaq istəyir. Ancaq inamla dedim: “Mən Əfqanıstanda hərbçi olmuşam”.

İstehza ilə gülümsəyib dedi: “Suriyadakı döyüş çox fərqlidir, tamam başqa bir şeydir. Bütün bu sözlərdən sonra yenə güclü inamın varsa, get, amma bil ki, müharibənin heç kimlə zarafatı yoxdur!”

Adımı yazdırıb üç həftə gözlədim. Bu müddətdə o kişiyə o qədər zəng vurdum ki, axırda bezib dedi: “İmam Hüseynə and olsun, nə vaxt yetərli say düzəlsə, sənə xəbər verəcəm. Bu qədər zəng vurma”.

Suriyaya getmək üçün evdən razılıq kağızı gətirməli idim. Yenə mübahisə yaranmasını istəmədim, özüm yazıb imzaladım və Tehranın yaxınlığında bir iş bəhanəsilə anamla sağollaşdım.

Əlli nəfər idik. Avtobusa minib Amul şəhərinə təlim mərkəzinə yola düşdük. Birinci gün dedilər ki, kim xüsusi bir dərman qəbul edirsə, desin, gətirək. Mən dərmanlarımı gətirməyi unutmuşdum. Adlarını başçımıza söylədim. Ertəsi gün atıcılıq təlimi zamanı məni çağırıb dedilər: “Əşyalarını topla, qayıdırsan”. Narahat halda soruşdum: “Axı nə üçün?” Dedilər ki, xəstəliyindən ötrü. Çox dedim ki, xəstəliyim keçici vərəm deyil, xahiş edirəm həkimdən soruşun, amma razılaşmadılar.

Əşyalarımı toplaya-toplaya ağlayır və deyirdim: “Mən həzrət Zeynəb tərəfindən sillələndim... Mən buna layiq deyildim... Kaş qala biləydim...”

Mərkəzin ezamiyyət rəisi sakit simalı 24 yaşlı bir gənc idi. Adı Zakir idi. Ağladığımı görüb yaxınlaşdı, mənə təskinlik verib dedi: “Narahat olma, elə edəcəm ki, qayıdasan”.

Məni öz maşınına mindirib avtovağzala apardı. Telefon nömrəsini sürücüyə verib dedi ki, sənədi olmadığına görə yolda problem yaransa, ona xəbər versin. Sağollaşanda dedi: “Məşhəddə heç kimə bir söz demə, iki həftədən sonra yenə müraciət elə”.

İki həftədən sonra yenə müraciət etdim, amma təlim mərkəzinə göndərilməyim bir ay çəkdi. Əvvəldə 74 nəfər idik, sonra könüllülərin ikisi müəyyən səbəblərdən imtina ərizəsi yazdı və 72 nəfər qaldıq. Bir birimizlə zarafatlaşıb deyirdik: “Kərbəlanın 72 şəhidi kimi heç birimiz salamat qayıtmayacağıq”.

Amulda təlimlər 13 gün çəkdi. Sübh azanına yarım saat qalmış oyanır, axşam saat 10-a qədər dayanmadan təlim keçirdik. Yeddi gündən sonra Suriyada vuruşmuş müəllimlər xüsusi təlimlər keçməyə başladılar. İxtisaslaşma zamanı snayperliyi seçdim. Bir dəfə draqunov tüfəngi ilə 300 metrlik məsafədən butulkanı vurdum. Müəllim soruşdu: “Vuran kim idi?” Dedim ki, mən. Dedi: “Səni Hələbə göndərəcəm”.

Nəhayət, uçuş zamanı gəldi. Paltarlarımızı və silahlarımızı təhvil verdik. Hava limanına gedəcəyimiz gecə səhərə qədər yatmadıq; sevinib şeir oxuyurduq.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin