Ислам Дини Терроризмин ялейщинядир


«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz hal­da



Yüklə 3,39 Mb.
səhifə4/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   2   3   4   5   6   7   8   9   ...   89
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz hal­da (müsəlman kimi) ölün!»3.
Ən gö­zəl kə­lam Al­lah Kə­la­mı­dır, ən doğ­ru yol el­çisi Mə­həm­mə­din (s.ə.v.) yo­lu­dur.
İs­lam di­nini araş­dı­ran və Al­la­hın Qu­ran­da əmr et­diyi hə­qiqi İs­lam di­nini yax­şı ta­nı­yan ək­sər qərb çev­rə­ləri “İslam” və “ter­ror” kəl­mə­lə­ri­nin bir­lik­də iş­lə­­dil­­mə­si­nin qə­tiy­yən müm­kün ol­ma­dı­ğını, ilahi din­lə­rin heç bir şə­kil­də gər­gin­liyə və aman­sız­lığa yol ver­mə­di­yini bü­tün açıq­lığı ilə eti­raf edir­lər.

Ter­ror əməl­lə­rini hə­yata ke­çi­rən in­san­la­rın xris­tian, mü­səl­man və ya yə­hudi ol­ması bəzi dai­rə­ləri yan­lış qənaət­lərə gəl­məyə sövq edir və on­la­rın ilahi din­­lə­­rin ma­hiy­­yə­­ti ilə əsla uy­­ğun gəl­mə­yən id­­­di­­a­­lar­­la çı­xış et­­mə­­sinə sə­­bəb olur. Ter­­ror­­çu­lar mü­­səl­man olsa belə on­la­rın tö­rət­diyi ci­­na­­­yət­lərə “İs­lam ter­­ro­­ru” de­yilə bil­­məz. Bu sö­z­­lər eyni qay­dada xris­­tian və yə­hu­di­lərə də aid­dir. Ter­ror­çu­lar xris­­tian ol­sa­lar, on­la­rın bu vəh­şi­­li­­yi­­nə “xris­tian ter­roru” və ya yə­hudi ol­sa­lar, “yə­hudi ter­ro­­ru” da de­yilə bil­məz. Gü­nah­sız in­san­ları öl­dür­­mək Al­la­hın bu əməli ba­ğış­la­ması xa­ri­cin­­də­dir və cə­hən­­nəm əzabı ilə nə­ti­cə­lə­nən bö­­yük bir gü­nah­dır. Dinə ina­nan, qəl­bin­də Al­lah qor­xusu olan bir in­san heç bir za­man belə bir şeyi etməz.

Belə bir vəh­şi­liyi tö­rə­dən­lər,- on­lar han­sı dinə mən­­sub ol­duq­la­rını id­dia edir­lər­sə-et­­sin­­lər,- bunu an­­caq di­­nə tə­ca­vüz et­mək məq­sə­­di ilə et­miş ola bilər. On­la­rın məq­sədi dini in­san­la­rın gö­zün­dən sal­maq, in­san­ları din­dən so­yut­maq, din­dar­lara qar­şı nif­rət və təp­ki ya­rat­maq ola bilər. Buna görə də gü­nah­sız in­san­lara qar­şı din adı al­tın­dakı hər bir tə­ca­­vüz əs­lin­də di­nin özünə qar­şı edil­miş bir tə­ca­vüz­dür.

Din sev­gini, mər­hə­məti, sül­hü əmr edir. Ter­ror isə di­nin ək­si­nə­dir, yəni qəd­dar­lıq­dır, qan tök­mək, öl­dür­mək, acı çək­dir­mək, faciə­lər ya­rat­maq is­tə­yir. Buna görə də bir ter­ror ak­tı­nın sə­bə­bini tap­maq is­tə­­yər­kən onun qay­na­ğını din­də və din­dar­lıq­da deyil, din­siz­lik­də ax­tar­maq la­zım­dır. Ter­ror­çu­la­rın han­sı adı da­şı­ması, şəx­­siy­yət və­si­qə­lə­rin­də nə ya­zıl­ması önəm­li deyil. Bir adam gü­nah­sız in­san­ları gö­zünü də qırp­­ma­­dan öl­dü­rür­sə, de­məli, o adam əl­bət­tə ki, din­dar de­yil və müt­ləq din­siz­dir. Be­ləsi Al­lah­dan qorx­­ma­yan, məq­­sə­­di yal­nız qan tök­mək və əzab ver­mək olan bir ca­ni­dir. Bu sə­bəb­lə də “İs­lam ter­roru”, “yə­hudi ter­roru”, “xris­tian ter­roru” kimi ifa­də­lər son də­rəcə xə­talı və kö­kün­dən yan­lış an­la­yış­lar­dır. Çün­ki İs­lam di­nin­də də, di­gər iki ilahi din­də də ter­rora, vəh­şi­liyə, qəd­dar­lığa, aman­sız­lığa heç bir şə­kil­də yer yox­dur. Ək­sinə, “ter­ror” ad­lan­dır­dı­ğı­mız əməl­lər (yəni gü­nah­sız in­san­lara qar­şı iş­lə­nən ci­na­­yət­lər) İs­lama görə, bö­yük bir gü­nah­dır. İs­lama görə, mü­səl­man­lar ter­ror kimi vəh­şi və qeyri-in­sani əməl­lə­rin qar­şı­sını almaq, yer üzünə sülh, ra­hat­lıq və əda­lət gə­tir­mək mis­si­ya­­sını da­şı­yır­lar.




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin