( من قتل معاهدا حرم الله عليه الجنة أن يشم ريحها)
Peğəmbər (s.ə.v.) hədisdə buyurmuşdur: “Kim bir zimmini (yəni, dövlət tərəfindən qanın, malının qorunması təmin edilmiş digər dinə etiqad edən) öldürərsə, Allah ona cənnətin qoxusunu belə haram edər”92.
قال أيضا: ( من أمن رجلا على دمه , فقتله , فأنا برئ من القالتل , و إن كان المقتول كافرا)
Digər hədisdə Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Kim bir insanın qanının qorunmasına təminat verərsə, və sonra onu öldürərsə, öldürülən kafir belə olsa mən qatildən uzağam”93.
Şəriət elmləri doktoru Salih əl-Fövzandan islam ölkələrinə gələn səyahətçiləri, ziyarətçiləri öldürmənin hökmü nədir? - deyə soruşulmuşdur. O, cavabında buyurmuşdur: Bu qadağandır. İstər səyahətçi, istər ziyarətçi olsun, kimsəni öldürmək olmaz. Çünki onların qanının qorunmasına dövlət tərəfindən təminat verilmişdir94.
5) Bu terror hadisələri (partlayışlar) ölkədə əmin-amanlığı, sabitliyi pozur, yer üzərində fitnə-fəsada səbəb olur və insanları qorxu hissi içərisində yaşamağa məcbur edir. Əgər bu fəsadlar davam etsə, heç kimsə Kəbəni ziyarət etməz, heç vaxt məzlumun haqqı bərpa edilməz. Kimsə özünün, ailəsinin qorunmasından əmin ola bilməz.
Kim əmin-amanlığı, sabitliyi pozmağa çalışarsa, artıq dinimizin yox olmasına çalışmışdır. Əmin-amanlığın, sabitliyin olması, Allahın ən gözəl bəxş etdiyi nemətidir. Bu elə bir nemətdir ki, hər kəs bu nemətin kölgəsində yaşayır. Əmin-amanlıq, sabitlik olan yerlərdə, insanlar xoşbəxt-firavan həyat sürür, ibadətlərini yerinə yetirir, məscidlər tikilir. Məscidlərdən əzan səsləri ucalır. Amma əfsuslar olsun ki, bəzi nadanlar və onların ideyasını dəstəkləyənlər həmişə çalışırlar ki, müsəlman ümmətini yuxarıda qeyd edilən nemətlərdən məhrum etsinlər.
Ey müsəlman qardaşlarım, müsəlmanların əmin-amanlığını, sabitliyini pozan şəxs müsəlman ola bilərmi? Əlbəttə ki, yox. Uca Allah Qurani-Kərimdə, Məkkə əhlinə verdiyi nemətlərini xatırladaraq buyurmuşdur:
قال الله تعالى :
لإيلافِ قُرَيْشٍ إِيلافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ
Allah təala buyurmuşdur:
Dostları ilə paylaş: |