«Allah fitnə-fəsad törədənləri sevməz!»97.
قال الله تعالى:
و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا و طمعا إن رحمة الله قريب من المحسنين
Allah taala buyurmuşdur:
“Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”98.
قال الله تعالى:
كلوا واشربوا من رزق الله و لا تعثوا في الأرض مفسدين
Allah taala buyurmuşdur:
«Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin»99.
Uca Rəbbimiz insanları pis işlər işləməyi və zülmü, fitnə-fəsad törətməyi, günahsız insanları qətl etməyi, qan tökməyi qadağan etmişdir. Uca Allah onun əmrlərinə tabe olmayıb yuxarıda qeyd edilən əməlləri törədənləri şeytan ardıcılları adlandırmışdır. Axirətdə isə onlara cəhənnam vəd etmişdir:
قال الله تعالى:
و الذين ينقضون عهد الله من بعد ميثاقه و يقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأرض أؤلا ئك لهم اللعنة و لهم سؤء الدار
Allah taala buyurmuşdur:
«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir»100.
قال النبي صلى الله عليه وسلام:
(من أصبح آمنا قي سربه , معافى في جسده , عنده قوت يومه, فكأنما حيزت له الدنيا بحذافيرها)
Hədislərin birində Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: “Kim evində təhlükəsiz yaşayarsa və o, səhhəti cəhətdən də sağlamdırsa artıq ona bütün dünya bağışlanmışdır”101.
Dostları ilə paylaş: |