Ислам маарифи илә ХҮласә танышлыг


ALLAHIN ÖZ DOSTLARINA (ÖVLİYALARINA) XÜSUSİ DİQQƏTİ



Yüklə 3,89 Mb.
səhifə68/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   64   65   66   67   68   69   70   71   ...   108

ALLAHIN ÖZ DOSTLARINA (ÖVLİYALARINA) XÜSUSİ DİQQƏTİ


Allah Qur`anda zikr barəsində dərk olunası incə bir tə`bir buyurmuşdur: “Məni yad edin ki, mən də sizi yad edəm!”

Bu tə`bir müxtəlif mə`rifət mərtəbələrində fərqli təhlil oluna bilər. Əlbəttə, Allah heç bir halda kimdən və bir şeydən xəbərsiz deyil; Rəbbin etdiklərinizdən qafil deyil.”1

Allah heç bir şeyi unutmur: Rəbbin unudan deyil.”2

Allahın elmi keçmişi, indini və gələcəyi əhatə edir. Heç bir şey ondan gizli deyildir; Yerdə göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz.”3

Mə`lum olur ki, “Məni yad edin ki, mən də sizi yad edəm” buyuruğundakı zikr başqa bir zikrdir. Bu, Allahın öz dostlarına münasibətdə xüsusi bir diqqətidir. Uyğun diqqət bütün varlığa aid ümumi diqqət deyil.

Bə`zi təfsirçilər bu ayənin təfsiri ilə bağlı deyirlər:

Allah demək istəyir ki, siz yaxşı əməllərinizlə Məni yad edin, Mən də öz rəhmət və mükafatımla sizi yad edim. Bu həqiqətin kiçik bir hissəsini bəyan edən nəticədir. Lakin ayə daha lətif və dəqiq bir mövzuya işarə ola bilər; məhəbbət şirinliyini dadmış şəxslər daim məhbubun onları düşünməsi istəyindədirlər. Məsələn, məhbubu ilə olduğu bir məclisdə bə`zən məhbubun göz ucu ona tərəf baxmasını istəyir. Sadiq aşiqin mə`şuqun diqqətindən aldığı bu ləzzət bütün maddi ləzzətlərdən üstün və dəyərlidir. Allah-təala öz dostlarına tez-tez bu növ işarələr edir.

Buna görə də Allah buyurur: Əgər sizə (xüsusi) diqqət etməyimi istəyirsinizsə, siz də Məni düşünün.



Vermək istəməsən mə`şuqu əldən

Eşq bağın əlində möhkəm saxla sən.

Buna görə də, ilahi məhəbbət şirinliyini zərrə qədər dadmış şəxslər onu bir an belə unutmurlar. Yuxudan qalxan zaman dillərinə gətirdikləri birinci söz Allahın zikri olur. Böyüklərdən bə`ziləri buyururlar: İnsan təlaş nəticəsində elə bir məqama çatır ki, təkcə ibadətdə yox, başqa işlər gördüyü zaman da, yaşayış işlərinə məşğul olan və xalq ilə ünsiyyət saxlayan zaman da qəlbində Allahı düşünür. Yuxu zamanı da bu diqqətin tə`sirli olması mümkündür. Hətta yuxu zamanı insanda daha şiddətli diqqət yarana bilər. Bəlkə elə buna görə də deyirlər: “Mö`minin yuxusu ibadətdir”.

Beləliklə, Allahı yad etmək Onun öz zikr edən bəndəsinə xüsusi diqqətinə səbəb olur. Mərhum Əllamədən dəyərli ömrünün axırlarında bə`zən nəsihət istəyirdilər. Bir neçə dəfə belə tələbdən sonra mərhum bu şərif ayəni oxuyur: “Məni yad edin ki, Mən də sizi yad edəm”. Allahın öz bəndəsinə diqqətinin əhəmiyyət və dəyərini qiyamət günü, kafirlər üçün Allahın onlara diqqət yetirməməsinin dərd olduğunu gördükdə anlayacağıq. Allah qiyamət günü kafirlərin həsrət və əzabının şiddətini bildirmək üçün buyurur: “Allah onlarla söhbət etmir, onlara nəzər salmır.”1

Bu onlar üçün ən üzücü və ən böyük əzabdır. Biz Allahı yad etməməyin necə də ağrılı olduğunu indi dərk etməsək də, axirət günü pərdələr kənara çəkilən zaman dərk edəsiyik. Hətta kafirlər də bu itkinin əhəmiyyətini dərk edəcək.



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin