Ислам маарифи илә ХҮласә танышлыг


-ci dərs: Nəfsin tərbiyəsi



Yüklə 0,56 Mb.
səhifə41/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

41-ci dərs: Nəfsin tərbiyəsi


Özünütərbiyənin iki mərhələsi vardır:

  1. Əvvəlcə nəfs çirkinliklərdən, günahlardan təmizlənməlidir.

  2. İkinci mərhələdə insan elm və maarifə yiyələnməklə saleh işlər görməli və əxlaqını zinətləndirməlidir.

Özünütərbiyə üçün hər iki mərhələ zəruridir. Çünki çirkinlik və günah içində olan nəfsin əxlaqi dəyərlərə yiyələnmək qabiliyyəti yoxdur. İnsan günaha yol verirsə onun qəlbi şeytanın əsarətindədir. Şeytanın əsarətində olan bir yer ilahi nurla işıqlana bilərmi? Mələklər belə bir qəlbə üz tutarmı? Demək, günahlardan təmizlənmək vacibdir.

Tutaq ki, insan çirkin işlərdən və günahlardan təmizləndi, bu iş təkamül üçün yetərli ola bilərmi? Əgər insan saleh işlər görmürsə, o necə kamilləşə bilər?!

Nəfsin tərbiyəsində çox mühüm bir nöqtəyə də toxunmağımız zəruridir. Həzrət Əli (ə) buyurur: “Təqva əxlaqın başlanğıcıdır”. Bəs təqva nədir? Bu sözün lüğət mənası qorunmaqdır. Amma ayə və hədislərdə bu söz daha geniş məna ifadə edir. Əgər insan öz həyatında konkret bir üsulla yaşamaq istəyirsə, bu üsulu zərərli bütün şeylərdən çəkinməlidir. Dində təqva itaətsizlik və günahlardan qorunmaqdır. İslam məktəbində möminlər üçün ən bəyənilmiş sifət təqvadır. Həzrət Əli (ə) buyurur: “Təqva xəstə qəlblərin şəfasıdır.”


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin