Ислам маарифи илә ХҮласә танышлыг


-Cİ DƏRS: NƏFSİN PAKLANMASI



Yüklə 0,56 Mb.
səhifə42/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

42-Cİ DƏRS: NƏFSİN PAKLANMASI


Qeyd etdik ki, əvvəlcə nəfsi paklayıb, sonra onu zinətləndirmək lazımdır. Təsəvvür edin ki, gözəl bir otaqda uzun müddət əyyaş insanlar yaşayıb. Bu əyyaşlar otağın döşəməsini, divarlarını, hətta tavanını da çirkləndiriblər. Zibilənmiş otağı üfunət iyi götürüb. Sual olunur: bu vəziyyətdə olan otaqda ləyaqətli bir insan yaşaya bilərmi? Cavab aydındır: təmizləmək ləyaqətli bir insanın bu otaqda yaşaması üçün əvvəlcə onu çirkabdan lazımdır. Yalnız bundan sonra döşəməyə gözəl xalılar sərib, tavandan gözəl çılçıraq asmaq olar.

Günahkar insanın qəlbi həmin çirkli otağın oxşarıdır. Günahkarların çirkaba batdığı qəlbə ilahi eşqi gətirmək qeyri-mümkündür .

Nəfsi təmizləmək üçün üç iş görülməlidir:

1.Nəfsi yanlış inamlar, səhv düşüncələr və xürafatdan təmizlənməlidir.

2. Nəfs əxlaqi çirkinliklərdən təmizlənməlidir.

3. İnsan günahlardan uzaqlaşmalıdır.

Yanlış inamlar nəfsi zülmətə bürüyür. Çirkin əxlaq heyvani hisləri gücləndirir, fərdi insani hədəflərdən uzaqlaşıdırır. İnsan günaha batdıqca təkamül yolundan uzaqlaşıb uçuruma doğru gedir.

Əgər insan bir Allaha iman ibadət etdiyi halda kamilləşə bilmirsə bunun iki səbəbi var: Əvvəla, insan əxlaqından qüsurları görmür, ikincisi, əxlaqi nöqsanları mühüm saymır.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin