Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 0,56 Mb.
səhifə45/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

45-Cİ DƏRS: BÖYÜK CİHAD


İnsanın ən böyük düşməni nəfsdir. O, daim əqllə savaşdadır. Nəfslə mübarizə insan talehində olduqca əhəmiyyətli məsələdir. Nəfsini məğlub etmiyən şəxs həqiqətə zidd düşüncələri və əməlləri hesabına cəhənnəm odunu dadasıdır. Nəfslə mübarizə o qədər mühmdür ki, İslam peyğəmbəri (s) silahlı cihadı kiçik cihad, nəfslə cihadı isə böyük cihad adlandırmışdır.

Həzrət peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: “Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça kimsəyə zülm etmək fikrində olmaya.”

Nəfslə cihadın silahlı cihaddan üç üstünlüyünü qeyd etmək olar:


  1. Bütün ibadətlərdən, hətta silahlı cihadın özündə də nəfslə mübarizəyə ehtiyac var. Silahlı cihadda, namazda və digər ibadətlərdə insanın niyyəti Allahla yaxınlıq olmalıdır. İnsan bu niyyəti qorumaq üçün daim nəfslə mübarizə aparmalıdır.

  2. Silahlı cihad həmişə olmur, amma nəfslə cihad daimidir. Silahlı cihad kifayi vacibdir. Yəni ordunun ehtiyacı ödəndikdən sonra kimsə üçün cihad vacib olmur.

Amma nəfslə cihad eyni vacibdir. Yəni bu vəzifə bir an olsun belə insanın öhdəsindən götürülmür.

  1. Silahlı cihadda insan şəhadətə yetməklə ən ali məqama nail olur. Amma nəfslə cihad ömrünü sonunadək əzab və əziyyətlərlə müşayiət olunur.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin