İslam dini öz ardıcıllarını mənəvi və fizioloji paklığa çağırır. Fiqhin əməl bölməsi insanın fiziki paklığını təmin edəcək araşdırmalarla məşğuldur. Əlbəttə ki, bu sırf fiziki paklıq deyil. Məsələn, insan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur.
Namaz qılan şəxs namaz zamanı aşağıdakı murdarlıqlardan pak olmalıdır:
İnsan və əti haram heyvanın sidiyi; 2. İnsan və ti haram olan heyvanın nəcisi; 3. Məni (sperma); 4. Qan; 5. İnsan və atıcı qanı olan heyvanın murdarı; 6. İt; 7. Quru donuzu; 8. Pivə; 9. Şirk və küfr.
Murdarlağı aradan qaldırmaq üçün pak edicilər mövcuddur:
Saf su; 2. Torpaq; 3. Günəş; 4. İstihalə (kimyəvi tərkib dəyişməklə mürdar pak ola bilər. Məsələn, şərab sirkəyə dönüb pak ola bilər);
İslam- Kafir İslamı qəbul etməklə pak ola bilər;