ŞİƏLƏRİN FİRQƏLƏRƏ BÖLÜNMƏSİ
FİRQƏLƏRƏ PARÇALANMA VƏ BƏZİ
CƏRƏYANLARIN ARADAN GETMƏSİ
Hər bir məzhəbin bir sıra özünəməxsus məsələləri
vardır ki, onun ilkin qayda və prinsiplərini təşkil edir;
ikinci dərəcəli məsələlər və həmin məzhəb ardıcılları
tərəfindən qəbul edilən müştərək məsələ-lərdən əlavə,
onların ixtilaflı olduğu təfərrüat isə “şöbələr” adlanır.
Şöbə və ya firqələrə ayrılma bütün dinlərdə, xüsusilə
dörd səmavi din olan xristianlıq, yəhudilik, məcusluq və
islamda da mövcuddur. Şiə məzhəbi Əhli-beytdən (ə)
olan rəhbərlərin (Əli (ə), Həsən ibni Əli (ə), Hüseyn ibni
Əli (ə)-ın) dövründə heç bir şöbəyə parçalan-mamışdır.
Lakin imam Hüseyn (ə) şəhid olduqdan sonra şiələrin
əksəriyyəti həzrət Əli ibni Hüseyn (ə)-ın imamətinə
inandılar. “Keysaniyyə” adı ilə məşhur olan və azlıq təşkil
edən bir dəstə isə Əli (ə)-ın üçüncü oğlu Məhəmməd ibni
Hənəfiyyəni imam hesab edərək onu vədə verilən Məhdi
adlandırdılar; onların əqidəsinə görə o, Rəzva dağında
qeybə çəkilmişdir və öz vaxtında zahir olacaqdır!
İmam Səccad (ə)-ın vəfatından sonra şiələrin
əksəriyyəti onun oğlu imam Məhəmməd Baqir (ə)-ın
imamətinə inandılar; yenə də azlıq təşkil edən bir dəstə
imam Səccad (ə)-ın şəhid olmuş Zeyd adlı başqa bir
oğlunun imamətinə inanaraq, zeydiyyə adlandılar.
İmam Məhəmməd Baqir (ə)-ın vəfatından sonra şiələr
onun oğlu imam Cəfər Sadiq (ə)-a iman gətirdilər; o
76
həzrət də vəfat etdikdən sonra şiələrin əksəriyyəti o
həzrətin oğlu imam Musa Kazim (ə)-ı yeddinci imam kimi
qəbul etdilər. Az bir dəstə isə altıncı imamın sağlığında
onun vəfat edən oğlu İsmaili imam hesab etdilər. Bunlar
da əksəriyyət təşkil edən şiələrdən ayrılaraq ismailiyyə
adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətin Əbdullah
adlı oğluna, digərləri isə onun Məhəmməd adlı başqa bir
oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin
o həzrətdə sona çatdığını güman edərək onu axırıncı
imam hesab etdilər.
İmam Musa Kazim (ə)-ın şəhadətindən sonra şiələrin
əksəriyyəti imam Riza (ə)-ı səkkizinci imam hesab etdilər;
qeyd olunduğu kimi, bəziləri də imamətin yeddinci
imamda başa çatdığına əqidə bəsləyərək, vaqifiyyə adı ilə
məşhurlaş-dılar.
Artıq səkkizinci imamdan on ikinci imama qədər
nəzərə çarpacaq parçalanma baş vermədi; baş versə də,
bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi.
Misal üçün, onuncu imamın oğlu Cəfər, öz qardaşı Həsən
Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə
nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da
onun ətrafından dağıldılar və Cəfər də öz iddiasından əl
çəkdi. Qeyd etmək lazımdır ki, görkəmli şiə şəxsiyyətləri
arasında kəlami və fiqhi məsələlər barəsində yaranan
ixtilafları da məzhəbi parçalanma hesab etmək olmaz.
Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu
firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan
yalnız zeydiyyə və ismailiyyə firqələri qaldı. Hal-hazırda
da onlardan bir dəstəsi Yəməndə, Hindistanda, Livanda
və başqa yerlərdə yaşayırlar. Buna görə də əksəriyyət
77
təşkil edən on iki imamçı şiələrlə yanaşı, bu iki firqəni də
araşdıracağıq.
Dostları ilə paylaş: |