83
neçə qalanı ələ keçirib hakimiyyətə başladı. Əvvəldə xalqı
nəzariyyə firqəsinə doğru dəvət edirdi. Həsənin
ölümündən sonra (518-ci H.Q.) Bozorg Ümid Rudbadi və
ondan sonra da
onun oğlu Kiya Məhəmməd Həsən,
Səbbahın tutduğu yolla hakimiyyəti ələ aldılar. Ondan
sonra da oğlu və Ələmut qalasının dördüncü padşahı
Həsənəli Zikruhus-səlam Həsən Səbbahın üslubunu tərk
edərərək fatimilərə qoşuldu.
Nəhayət İrana hücum edən Hulakuxan Monqol
ismailiyyə qalalarını
fəth etdi; onların hamısını qılıncdan
keçirib, qalalarını yerlə yeksan etdi. Ondan sonra 1255-ci
hicri ilində nəzariyyə firqəsindən olan Ağaxan Məhəllat
İranda Məhəmməd şah Qacarın əleyhinə qiyam etdi.
Kerman nahiyələrində etdiyi müharibədə məğlub olaraq
Bombeyə qaçdı və öz imaməti ilə batiniyyə əqidəsində
olan nəzariliyi yaymağa başladı. Bu cərəyan indiyə qədər
də davam edir və nəzariyyə hal-hazırda “ağaxaniyyə”
adlandırılır.
b) Müstəliyyə;
Müstəla Fatiminin ardıcıllarına müstəliyyə deyilir.
Onların imaməti 557-ci hicri
qəməri ilinə qədər Misrin
fatimi xəlifələri tərəfindən qorunub saxlanırdı; bir
müddətdən sonra həmin məzhəb ətrafında Hindistanda
bəhrə firqəsi zahir oldu və o da indiyə qədər qalmaqdadır.
v) Dəruziyyə;
Şamın Dəruz dağlarında sakin olan dəruziyyə
ardıcılları ilk əvvəllərdə Misrin fatimilər firqəsinin
ardıcılları idilər. Onlar altıncı fatimi xəlifəsinin dövründə
Neştəgin Dəruzinin dəvəti ilə fatimiyyəyə qoşuldular.
Qeyd
olunanlara görə dəruziyyə, öldürülən Əl-hakimu
84
Billahda dayanıb; onların əqidəsinə görə o, qeybə
çəkilmiş, asimanlara doğru
getmiş və nə vaxtsa yenidən
camaatın arasına qayıdacaqdır!
q) Muqniə.
Əta Mərvinin ardıcılları ilk əvvəldə muqniə adı ilə
tanınırdılar. Tarixçilərin qeyd etdiklərinə görə onlar Əbu
Müslüm Xorasaninin ardıcılları idilər və Əbu Müslümün
ruhunun onda hülul etdiyini iddia edirdilər. O, bir neçə
müddətdən
sonra əvvəlcə peyğəmbərlik, sonra isə
Allahlıq iddiası etdi! Nəhayət 162-ci hicri ilində Dəclə-
Fərat çayları arasında yerləşən Kiş qalasında mühasirəyə
düşdü. Tutulub öldürüləcəyini
yəqin etdiyinə görə od
yandırıb öz ardıcılları ilə birlikdə tonqalın içinə girib
yandılar. Əta Müqniənin ardıcılları bir müddətdən sonra
ismailiyyə məzhəbini qəbul edib batiniyyə firqəsinə
qoşuldular.
Dostları ilə paylaş: