İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   35   36   37   38   39   40   41   42   ...   93
İSLAMDA-ŞİƏLİK

Şeyx Cəfər Kaşiful-Ğita 
Nəcəfini
və onun fiqhdə şah əsəri olan “Kəşful-ğitanı” 
qeyd etmək olar. 
Şeyx Mürtəza Ənsari Şüştəri; (H.Q.1281.) 
O, üsuli-fiqh elmini yazmış və üsul elminin ən mühüm 
hissələri olan üsuli-əməliyyəni qələmə almışdır. Yüz ildən 
artıqdır ki, onun məktəbi şiə fəqihləri arasında tədris 
olunur. 
Xacə Nəsirəddin Tusi; (H.Q.676.) 
O, kəlam elmini klassik şəkildə ixtisaslı formaya 
salmışdır. Onun şah əsəri sayılan “Tədricul-kəlam” kitabı 
700 ildən artıqdır ki, mütəxəssislər arasında öz etibarını 
qoruyub saxlayır. Sünnü və şiə alimlərindən bir çoxu 
onun şərh və izahında müxtəlif kitablar yazmışlar. Xacə 
Nəsirəddin Tusi kəlam elmində malik olduğu dərin 


122 
ixtisasla yanaşı, fəlsəfə və riyaziyyatda da öz əsrinin dahi 
şəxsiyyəti sayılırdı. Müddəamızın ən mühüm şahidi onun 
bütün əqli elmlərdə yazdığı əsərlər, eləcə də Marağada 
təsis etdiyi rəsədxanadır. 
Sədruddin Məhəmməd Şirazi. (H.Q.979-1050.) 
O, əsrlər boyu islamda tədrici və pərakəndə inkişafda 
olan fəlsəfi məsələləri yenidən işləyərək təkmilləşdirən
eləcə də onları riyazi məsələlər kimi tərtibə salan ilk 
filosofdur. 
Buna görə də əvvəla: Onun elmi nailiyyətləri sayəsində 
bu vaxta qədər fəlsəfədə işıqlandırılması və həlli mümkün 
olmayan 
yüzlərlə məsələnin həll edilməsinə 
imkanlar yarandı.
İkincisi,
bir sıra irfani 
məsələlər çox asan səpgidə həll edildi (o dövrə 
qədər bu məsələlər əqldən yüksəkdə, onun 
məlumatları idrak olunmayan səviyyədə hesab 
olunurdu). 
Üçüncüsü,
Əhli-beyt 
(ə)-ın 
rəhbərlərinin uzun əsrlər boyu həllolunmaz bir 
müəmma şəklində qalan, çox hallarda isə 
mütəşabihlərdən sayılan dərin və mürəkkəb 
fəlsəfi 
bəyanlarından 
və 
dinin 
zahiri 
mənalarından çoxu həll edilərək aydınlaşdırıldı. 
Beləliklə də dinin zahiri mənaları ilə irfan fəlsəfi 
arasında tam uyğunluq yaradıldı və onların hər 
ikisi bir istiqamətdə düşünülməyə başlandı. 


123 
Mərhum Şirazidən qabaq da Şeyx Söhrəvərdi
1
və 
Şəmsuddin Məhəmməd Türkə
2
bu barədə əsaslı 
irəliləyişlərə nail olmuşlar. Kamil müvəffəqiyyət 
isə Sədrul-Mütəəllihin Məhəmməd Şiraziyə nəsib 
olmuşdur. 
Sədrul-Mütəəllihin bu üslubu davam etdirərək 
“cövhəri hərəkət” nəzəriyyəsini isbat etdi, 
dördüncü yön və nisbiyyət nəzəriyyəsini (əlbəttə 
zehn və təsəvvür aləmində deyil, tarixdə) kəşf 
etdi, əlliyə yaxın kitab və risalə yazdı. Onun 
fəlsəfədə yazdığı şah əsərlərindən biri dörd 
cildlik “Əsfar” kitabıdır.
1 O, Hikmətul-işraq kitabının müəllifi və altıncı hicri əsrinin 
filosofların-dandır. 
2 O, səkkizinci hicri əsrinin filosof-larındandır. 


124 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin