“Ey iman gətirənlər! Öz nəfsinizi
tapın, siz (düz) yolu tapdığınız zaman yollarını azanlar
sizə ziyan çatdıra bilməz”
2
–
kəlamını eşidəndə
anlayacaqdır ki, kamil və real hidayətə şamil olan ən
böyük yol onun nəfsinin yoludur; “Həqiqi Yol Göstərən”
(Allah) da ona özünü tanımağı, bütün yolları arxada
qoyaraq öz nəfsinin yolunu getməyi, Allahına öz nəfsinin
pəncərəsindən baxmağı, bununla da özünün həqiqi
istəyinə nail olmağı əmr etmişdir. Buna görə də
Peyğəmbəri-Əkrəm (s) buyurur:
“Hər kəs özünü tanısa
Rəbbini də tanıyacaq.”
3
Başqa bir hədisdə buyurulur:
1 Əli (ə) buyurur: “Mərifət əhatəsinə gələnlər Allah deyildir.
Dəlili özünə tərəf hidayət edən məhz odur.” “Biharul-ənvar”, 2-
ci cild, səh-186
2 “Maidə” surəsi, ayə-105
3 “Ğürərül-hikəm”, 2-ci cild, səh-665
131
“Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü
(nəfsini) daha yaxşı tanımış olsun.”
Bu yolun proqramları və seyri-süluku barəsində insanı
Allahı yad etməyə əmr edən çoxlu Quran ayələri vardır.
Belə ki, buyurulur:
“Məni yad edin ki, Mən də sizi yad
edim.”
1
Bu barədə sair ayələri də misal göstərmək olar.
“Allahı yad etmək” dedikdə məqsəd Quran və sünnədə
ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun
axırında da buyurulur:
“Öz Peyğəmbərinizə itaət edin.”
2
İslam
dininin
bu
yolu
ilahi
yol
kimi
müəyyənləşdirməsi, amma bəndələrə o yolla getməyə
tövsiyə etməməsi, yaxud onu tanıtdırıb, lakin onun
proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu
barədə etinasızlıq göstərməsi necə mümkün və ya
təsəvvür oluna bilər; halbuki, Allah-taala Öz kəlamında
buyurur:
“Biz Quranı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən
və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı
olsun.”
3
1 “Bəqərə” surəsi, ayə-152
2 “Əhzab” surəsi, ayə-21
3 “Nəhl” surəsi, ayə-89
|