YARADILIŞIN
DAVAMI
VƏ
ARDICILLIĞI
Müşahidə olunan bu yaradılış dünyasının ömrü sonsuz
deyil və onun sona çatacağı bir gün vardır. Qurani-Kərim
bu məsələni təkid edərək buyurur:
“Yerləri, göyləri və onların arasında olanları yalnız
haqq və müəyyən olunmuş əcəl (adı qeyd olunan
müəyyən və məhdud bir müddət) əsasında yaratdıq.”
3
Belə bir sual yaranır ki, hazırkı aləmin yaradılışından
və insan nəslindən qabaq bir aləm də yaradılmış və onda
da insan olmuşdurmu? Eləcə də, Quranın xəbər verdiyi
kimi bu dünyada və onda olanların vaxtı qurtardıqdan
sonra başqa bir dünya meydana gələcəkdirmi və yenə də
1 “Naziat” surəsi, ayə-34-41.
2 “Təhrim” surəsi, ayə-7.
3 “Əhqaf” surəsi, ayə-3.
194
insan yaradılacaqdırmı? Bu kimi sualların cavabını
Quranda aşkar şəkilda tapmaq mümkün deyildir. Yalnız
bu barədə bəzi işarələr edilmişdir. Lakin Əhli-beyt
imamlarından (ə) nəql olunan rəvayətlərdə bu suallara
müsbət cavab verilmişdir.
1
1 “Biharul-ənvar”
(Kompani çapı)
, 14-cü cild, səh-79.
195
4.
İMAMŞÜNASLIQ
İMAMIN
MƏNASI
İmam və rəhbər xalqın qarşısına düşərək onlara
rəhbərlik edən, hər hansı bir ictimai yolda, siyasi məram
və məqsəddə elmi və ya dini məsləkləri öhdəsinə alan
şəxsə deyilir. Əlbəttə, öz zəminəsi ilə mövcud rabitəsinə
görə bu sahədə daha geniş və ya kiçik məna daşıyacaqdır.
Müqəddəs islam dini bəşəriyyətin ümumi həyatını
nəzərə alaraq hər tərəfli göstərişlər vermişdir. Mənəvi
həyat baxımından da bunları araşdırmış, insanlara yol
göstərmiş, zahiri və fərdi həyatlar və onun necə idarə
olunması, eləcə də ictimai həyat və ona rəhbərlik
məsələsinə dair nəzərlər vermişdir.
Qeyd olunan yönlərə əsasən islam dinində ümmətə
rəhbərlik məsələsi üç cəhətdən diqqət mərkəzində
saxlanıla bilər: 1-İslami hökumət; 2-İslami hökm və
maarifin bəyan olunması; 3-Mənəvi həyata doğru
rəhbərlik.
Şiələrin inancına görə islam cəmiyyətində qeyd olunan
üç cəhət zəruri olduğu kimi, həmin cəhətlərin idarə
olunmasını və camaata rəhbərliyi öhdəsinə alan şəxsin
varlığı da zəruridir və belə bir şəxs Allah və Onun
Peyğəmbəri tərəfindən təyin olunmalıdır. Əlbəttə,
Peyğəmbəri-Əkrəmin belə bir təyinatı də yalnız Allahın
əmri ilə həyata keçir.
|