MATERIAL VƏ METODLAR
Tədqiqat aparılan ərazi İranın şimali-qərb regionunda, dəniz səviyyəsindən 1440 – 3100 metir yüksəklikdə, coğrafi mövqeyi 47023′ - 48042′ şərqi və 37055′ – 38053′ şimali olan Savalan dağının ətəyində yerləşir [1].
Öyrənilən əraziyə yarim rütubətli soyuq dağ havası məxsusdur. Yağıntının illik orta miqdarı 350-500 mm arasında dəyişir. Havanın orta temperaturu 9.50C, çox soyuq dövrlərdə minimum temperatur -280C, isti dövrlərdə isə maksimum temperatur +380C olur. Havanın nisbi rütubəti 60-80% arasında dəyişir [4].
Aparılmış tədqiqatlar əsasında 28 su-bataqliq ərazisinin bitki örtüyünün yem məhsuldarlığı təyin edilmişdir. Yem məhsuldarlığı bitkilərin yaşıl kütləsi artandan sonra Kvadrat-Transekt üsulu əsasında araşdırılmışdır [6,7]. Öyrənilən ərazilərin yem məhsuldarlığının təyin edilməsi üçün hər sahədən 10 nümunə götürülmüşdür. Yekunda 280 nümunə seçilmiş və hər hektar üçün yem məhsuldarlığı təyin edilmişdir: P = M/N *H*1 (P = istehsalat; M = 1 m2-dən istehsal; H = 10000 m2) [8].
Dostları ilə paylaş: |