İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə69/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   65   66   67   68   69   70   71   72   ...   102
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Aparılan fenoloji müşahidələr zamanı statistik analizlərin arasındakı fərqlər çox kiçik ölçüdə olub. Yalnız Pistacia mutica növündə boyatmanın dayanması və yarpaqlanma fazaları üçün bu kəmiyət 2-8 günə qədər olub.Fenoloji müddətlərin daha çox dəyişkənliyi də məhz bu 2 fenofaza üçün səciyyəvidir:orta kvadratın kənara çıxmalar 42-80 gün olub. Digər fenofazalar üçün bu kəmiyyət xeyli az olub (I-20 gün). Aparılan tədqiqatlardan məlum olmuşdur ki, öyrənilən bu növlərin mövsumi inkişaf ritmi özünəməxsus xususiyyətlərə malikdir. Müşahidələr qöstərmişdir ki, Cercıs siliquastpum növündə generativ tumurcuqların əmələ gəlməsi daha tez (30. IV) baş verir, digər növlərdə isə bu 10-15 gün gec olur. Frangula alnus növündə bu tumurcuqların açılması (12.III), Colutea arborescens, Grataegus pentagyna, növündə isə (10.IV) 10-25 gün gec olur. Zoxların xətti boyatması vegetativ tumurcuqların (1-III),20-25 gün sonra baş verir. Grataegus pentagyna, Pistacia mutica növlərində 10 gün qabaq (20.II)baş verir. Zoxların gövdəsinin mantarlaşması ən erkən Colutea arborescens, Pistacia mutica, Franqula alnus növlərində 1.VI və ya digər növlərdə 10-20 gündən gec baş verir.Yarpaqların inkişafı ən tez (10.V) Pistacia mutica, Crataegus pentagyna, ən gec Cotınus coggygria (21.V) növlərində müşahidə edilmişdir.Öyrənilən növlərdə yarpaqlanma prosesi iyunda başa çatır.Bu ən tez (5.Vl) Colutea arborescens, Frangula alnus, Pistacia mutica növlərində baş verir. Digər növlərdə bu fenofaza (10.VI) müşahidə olunur.Yarpaqların saralması ən tez (15.IX) Frangula alnus növündə, digər növlərdə isə 1-2 həfdədən sonra başlanır.Yarpaq tökümü də ən tez (18.X.) Rhus cariaria növündə başlayır. Digər növlərdə bu 4-25 gündən sonra müşahidə edilir (cədvəl 1).

Çox saylı tədqiqatlar nəticəsində aşağıdakı qanuna uyğunluqlar aşkar edildi. Zoğların mantarlaşması və yarpaq tökümü kimi fenofazalar nə qədər tez başlayıb qurtarırsa, bitkilərin qışa davamlılığı nisbətən yüksək olur. Buradan aydın olur ki, öyrənilən bitkilərdən şaxtaya davamli Colutea arborescensFrangula alnus növləridir.

Zoğlarda genrativ tumurcuqlarının əmələ gəlmə fazası öyrənilərkən bu növlərdə (10.III) baş verir: ən tez tumurcuqlanma Pistacia mutica (20.II.), Frangula alnus (1.III), ən gec isə colutea arborescens (30.III), Cercıs siliquastpum (30.III), Laburnum anagyroides (26.III), növlərdə isə 4-5 gün gecikir. Ən erkən çiçəklənmə Crataegus pentagyna, Cercıs siliquastpum növlərində olur. Digər növlərdə isə 10-15 gün gecikir.

Meyvələrin əmələ gəlməsi ən gec (1.IX-10.IX) Pistacia mutica, Crataegus pentagyna növlərində başlayır, digər növlərdə isə 20-25 gün tez baş verir. Aparılan tədqiqatlar göstərir ki, ağac və kol bitkisinin öyrənilən mövsümü inkişaf ritmi xüsusiyyətlərinə görə 2 qrupa bölmək olar. İnkişafın erkən başlayıb erkən qurtaranlar Frangula alnus, Pistacia mutica, Cercıs siliquastpum, Colutea arborescens və gec başlayıb gec qurtaranlar.Bu zaman ildən ilə bu fenofaza növbələşmələri olduğu kimi qalıb.

Bir sıra müəlliflərin tədqiqatlarının nəticələri göstərir ki, bitkilərin müxtəlif növlərinin inkişaf xüsusiyyətləri onların ekoloji amillərə qarşı təlabatının müxtəlif olmasından irəli gəlir.Odur ki, əsas fazaların ekoloji amillərə tolerantlıq diapazonunu müəyyən edərək hər hansı bir növün yaşadığı mühitə adapdasiya dərəcəsi barədə fikir yürütmək olar [7].

Fenofazalar başladığı zaman ətraf mühitin vəziyyətini analiz etdikdə havanın nisbi rütubətinin atmosfer yağıntılarının havadan asılı olaraq dəyişgənliyi müəyyən edilib. Bu da əsl asılılığın olduğunu bir daha isbat edir.Bundan əlavə, havanın temperatur rejimi növbəti fenofazaların başlanğıcında tədqiq olunan müddət ərzində kifayət qədər stabil olub və müxtəlif növ bitkilərdə bir-birindən fərqlənib. Məsələn, vegetativ tumurcuqlanma öyrənilən növlərdə təxminən eyni orta günlük temperaturda ( 5,7-8,50C) başlayır Bu fenofazanın Cercıs siliquastpum, Laburnum anagyroidesColutea arborescens növlərində başlaması üçün daha yüksək temperatur (8,9-13,00C) tələb olunub.Digər növlərdə isə nisbətən daha yüksək temperaturda baş verib (8,9-10,00C) (cədvəl 2).

Zoğların ən aşağı hərarət göstəriciləri zamanı (8,9-10,00C) xətti boyatmasının başlanması Rhus cariariaCrataegus pentagyna növlərində baş verib. Digər növlərdə bu fenofaza yalnız yüksək temperatur (10,8-12,10C) olduqda baş verir. Bu fenofaza bütün növlərdə təxminən eyni daha soyuq havada (15,7-170C) başa çatıb. Zoğların gövdəsinin mantarlaşması öyrənilən növlərdə eyni temperatur (23,8-27,70C) olduqda boyatmanın dayanması, yarpaqların inkişaf etməsi isə 23,5-26,70C temperaturda baş verib. Tökülməkdə olan yarpaqların rənginin dəyişməsi əksər növlərdə 18,9-21,00C başlayıb. Bütün növlərdə yarpaqlar havanın temperaturu 6,1-8,20C olduqda tökülməyə başlayıb.Generativ tumurcuqların çırtlaması və qönçələnməsi öyrənilən növlərdə müvafiq olaraq 4,3-8,70C temperaturda baş verib.

Meyvələrin əmələ gəlməsi fazası kifayət qədər yüksək istilik təminatı (25,4-30,20C) zamanı baş verir. Bu faza 16,1-21,20C-da sona çatır. Meyvələrin tökülməsi 9,0-16,00C temperaturda başlayır.

Ekoloji amillərlə fenofazaların başlanması arasındakı əlaqənin istiqaməti, forması və gücü barədə fikir yürütmək üçün korrelyasion analik aparılıb. Müyən edilib ki, havada temperatur zoğlarda yarpaqlanma müdətlərinə (r=0,28…0,81) və çiçəklənmənin başlanmasını (r=0,24…0,87), atmosfer yağıntıları isə zoğların mantarlaşması (r=0,34…0,90) və meyvələrin əmələ gəlməsi (r=0,39…0,80), qönçələnmə (r=0,25-0,96) və çiçəklənmə dövrünün başa çatmasını təyin olunub. Yarpaqların rənginin dəyişməsi və meyvələrin yetişməsi fazalarına havanın temperaturu mənfi təsir göstərir. Bitkilərin introduksiyasının perspektivliyi P.İ. Lapin və S.V.Sidnevanın metodikasına əsasən qiymətləndirilib [5]. Bu metodikaya əsasən ən yüksək ballar aşağıda verilib: illik zoğların əmələ gəlmə dərəcəsi 20 bal, qışa davamlılıq 25 bal, habitusun saxlanması 10 bal, zoğların artım müntəzəmliyi 25 bal, kulturada 5 bal.Tədqiqat zamanı öyrənilən növlər arasında introduksiya qiymətlərinin fərqi çox azdır (cədvəl 3). Belə ki, zoğlar yalnız Rhus cariaria, Cotınus coggygria, Laburnum anagyroides növlərində kifayət qədər yetişmir (12-15 bal). Digər növlərdə onlar tamamilə yetişir (20 bal). Qışa davamlılıq yalnız Crataegus pentagyna, Pistaceae mutica növlərinə 20- 22 balla ölçülür. Digər növlərdə bu göstərici 2-5 bal azdır. Habitusun maksimal saxlanılması 10 bal və yüksək pöhrələnmə qabiliyyəti 5 bal ölçüdə bütün növlərdə qeyd olunub. Növlər arasında ən böyük fərqlər reproduksiyanın inkişafı ilə ələqədar göstəricilərdə olub.Belə ki, yüksək generativ inkişaf qabliyəti (18-20 bal) Cercıs siliquastpum, Laburnum anagyroides növlərində qeyd olunub. Digər növlərdə meyvə əmələ gəlməsi daha zəif 8-10 balla qiymətləndirilib.Bütün öyrənilən növlər kultura şəraitində çoxala bilər.Yuxarıda qeyd edilən göstəricilərə əsasən öyrənilən introdusentlərin perspektivliyinə ümumi qiymət verilib: Cercıs siliquastpum, Laburnum anagyroides, Pistacia mutica, Colutea arborescens çox perspektivli (82-95 bal), digər növlər isə kifayət qədər perspektivli hesab edilib.
NƏTICƏ
Abşeronda introduksiya olunmuş ağac və kol bitkisinin 8 növünün Cercıs siliquastpum, Laburnum anagyroides, Colutea arborescens, Pistacia mutica, Cotınus coggygria, Rhus cariaria, Crataegus pentagyna, Frangula alnus mövsümü inkişaf xüsusiyyətlərinin öyrənilməsi aşağıdakı nəticələrə gəlməyə əsas verib.

Üzərində tədqiqat aparılan ağac və kol növlərini movsümü inkişaf ritminə görə şərti olaraq 2 qrupa bölmək olar: inkişafını tez başlayıb tez qurtaranlar (Frangula alnus, Crataegus pentagyna, Cercıs siliquastpum, Laburnum anagyroides) və inkişafını gec başlayıb gec sona çatanlar (Cotınus coggygria, Rhus cariaria və digər növlər). Öyrənilən növlərdə fenofazasının başlanması havanın temperaturu və rütubətin nə dərəcədə olmasından asılıdır.



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin