İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences


SARMAŞAN BİTKİLƏRİN TİBBİ VƏ TƏSƏRRÜFAT



Yüklə 9,78 Mb.
səhifə73/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   69   70   71   72   73   74   75   76   ...   102
SARMAŞAN BİTKİLƏRİN TİBBİ VƏ TƏSƏRRÜFAT

ƏHƏMİYYƏTİ
Mehralıyev A.D.

AMEA Mərkəzi Nəbatat Bağı


Məqalədə sarmaşan bitkilərin tarixən xalq təbabətində istifadəsindən, ərazinin zərərli atmosfer havasından və səs-küydən mühafizəsindəki rolundan, becərildiyi yerdə mikroiqlim şəraitinin yaxşılaşdırmasından və qida əhəmiyyətindən bəhs olunur.

Açar sözlər: Ağəsmə, sarmaşan bitkilər, kirkazon, xalq təbabəti, çin limoncuğu, böyürtkən, moruq, mikroiqlim şəraiti, bioloji rekultivasiya, aktinidiya.
GİRİŞ
Məlumdur ki, sarmaşan bitkilər elə qrup bitkilərdir ki, sərbəst, dikdurmaq qabiliyyətinə malik olan gövdələri olmadığından onlar hər hansı dayağa istinad edərək və ya sürünərək böyüyüb inkişaf edirlər. Bu zaman onlar müxtəlif orqanlarından – gövdə, bığcıq, hava kökcükləri, tikanlar və s.-dən istifadə edirlər. Ona görə də sarmaşan bitkilər böyümə və inkişaf xüsusiyyətlərinin qeyri-adi əlamətlərinə görə möcüzəli bitkilər hesab olunur. Sarmaşan bitkilərin möcüzəli xüsusiyyətləri insanlara hələ qədimdən məlum idi [1].

Qədim yunanlar və romalılar ağəsmə (Clematis L.) və daşsarmaşığından (Hedera L.) istifadə etməklə müasir kibrit və alışqanlarin sadə formalarını əldə etmişlər. “Ağəsmə” sözünün qədim yunan dilində “çox tez və parlaq alovnan” məna verməsi də onunla bağlıdır.

Həmçinin budaq və gövdələrinin bir- birinə və ətrafdakı hər hansı dayağa dolanaraq sürətlə böyümə xüsusiyyətindən irəli gələrək qədim insanlar sarmaşan bitkilərdən düşmənlərindən müdafiə məqsədilə canlı çəpərlər, sədlər düzəldilməsində və eyni zamanda tikinti materialı kimi də istifadə etmişlər.

Tropik ölkələrdə hal-hazırda da bu bitkilərin bəzilərindən tikinti materialı kimi istifadə edilir. Təkcə 1962-ci ildə İndoneziyada palmanın sarmaşan növündən yüngül mebel hazırlamaqla dünya ticarətinə 30000 ton belə mebel ixrac edilmişdir.

Qveneyada üzüm tənəyindən (Vitis L.) və filbahardan (Wisteria Nutt.) düzəldilmiş nəhəng asma körpü hətta ölkənin coğrafi xəritəsində belə öz əksini tapmışdır.

Aralıq dənizi ölkələrinin, Amerikanın və Afrikanin yerli əhalisi indi də sarmaşan bitkilərdən həm tikinti materialı kimi, həm də məişət əşyalarının hazırlanmasında geniş istifadə etməklə onlardan zənbillər, balıqçı toru və s. toxuyurlar [4].



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin