İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə95/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   91   92   93   94   95   96   97   98   ...   102
Malus baccata (L) Borсh - giləmeyvəli və ya Sibir alması. Şərqi Asiya növü.

Ağac və ya iri koldur, qabığı boz, zoğu çılpaqdır. Yarpaqları yumurtavarıdır, (2,5) 3-8 sm uzunluğunda, (1,5) 2-5 sm enindədir. Çiçəkləri 4-8 (10) ədəd olmaqla çətir çiçəkqrupunda toplanıb, ləçəkləri təmiz ağdır, kasayarpaqları töküləndir. Meyvəsi noxud boydadır, 5-6-sı bir yerdə olur, şarşəkilli və ya ovaldır, ləti ağzı büzəndir. 3 forması məlumdur [1,2,3,8].

İki dairəvi-oval ləpə yarpağına və növbəli ilk yarpaqlara malik olur. Ləpəaltı dirsək qırmızımtıl-qəhvəyidir, aşağıdan nisbətən qalınlaşmışdır (burada rənglər açıqlaşır), orta hissəsi 25 mm uzunluğunda və 1 mm enindədir. Ləpə yarpaqları dairəvi-ovaldır. İlk yarpaqlar ovaldır, yuxarıdakına nisbətən xeyli xırdadır, qısa pulcuqludur, zəif dişciklidir, qısa saplağı var. Yaxın son yarpaqlar növbəlidir, nisbətən iridir, yuxarıdan zəif dişciklidir, ovaldır, azca yumurtavaridir, əyri-üyrü torvari damarlıdır, qısa pulcuqlu və qısa saplaqlıdır. Saplağı, damarları, pulcuqları və kənarındakı dişciklər qırmızımtıldır. Yarpaqların əsasında sərt tükvarı yarpaqaltlıqları var, yuxarı yarpaqlarda isə onlar uzunsov lentvaridir. Ləpəüstü dirsək və ya birinci bugumarası təxminən 2 mm uzunlugunda və 1 mm enindədir, azca kənardadır, birincilər kimi qırmızımtıl qıhvəyidir. Yarpaqların əsasında kiçik lansetvari-tükşəkilli, üst yarpaqlarda isə uzun lansetvari yarpaqaltlıqları var [6].

Əkin payızda (4.10.2007) aparılmışdır. İlk cücərtilər 30 mart 2008-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 20-22 sm, çətirin diametri 15-17 sm-dir. Çətirin yan budaqları 4-7 ədəd olub, uzunluğu 7-8 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm, yarpaqcıqların sayı 4-5 ədəddir. Kök sistemi mildir, 4-5 sm dərinə gedir. Kök boyuncuğunun diametri 4-5 mm-dir. Birinci dərəcəli yan köklər 4-5 ədəd olub, uzunluğu 7-8 sm, ikinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 4-5 sm, üçüncü dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 3-4 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 25-27 sm, çətirin diametri 20-22 sm-dır. Çətirin yan budaqları 4-7 ədəd olub, uzunluğu 12-14 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 5-7 sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Mil kökün uzunluğu 12-14 sm, kök boyuncuğunun diametri 4-6 mm-dir. Birinci dərəcəli yan köklər 10-12 ədəd olub, uzunluğu 13-15 sm, ikinci dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 8-10 sm, üçüncü dərəcəli yan köklər 28-32 ədəd olub, uzunluğu 4-6 sm-dir. Kök sisteminin diametri 25-30 sm-dir.


  1. Malus orientalis Ugl. – Şərq və ya Qafqaz alması. Orta Asiya növü.

6-8 m-ə qədər hündürlüyü olan ağac və ya koldur, əlverişli şəraitdə 15-20 m-ə qədər ucalır. Enli, çadırvari, şarşəkilli, bəzən düzgün olmayan çətirlidir. Gövdənin diametri 40 sm-ə çata bilər. Cavan budaqların qabığı takansız, azca tüklü, tünd qəhvəyi, boz, bəzən bənövşəyi, yaşlı budaqların qabığı isə bozumtul, qəhvəyi, parlaq olub, civzəlidir, pulcuqlar şəklində qopur. Yarpaqları yumurtavari, lanset formalı və ya enli ovalşəkillidir, qısa budaqlarda dairəvidir. Yarpaların eni 1,5-7 sm, uzunluğu 3-10 sm-dir. Çiçəyi qısa saplaq üzərində olub, yarpaqlardan tez açılır, ağ solğun çəhrayı, rəngli və çox ətirlidir, 3-6-8 ədəd çiçək bir yerdə olub çətir təşkil edir, tacı 4-5 sm diametrində olur, beşləçəkli, çox erkəkcikli və 2-3 dişiciklidir. Meyvələri müxtəlif irilikdə, formada olub, əksərən dəyirmidir, diametri 2-3-5 sm-dir. Meyvə ətinin rəngi ağ, bir qədər sarımtıl və ya çəhrayı, dadı az şirin, turşməzə, ətirli, dadlı, yumşaq, bərk və ya kəpək kimidir [1,2,3,5,8].

Ləpəaltı dirsək 30-50 mm uzunluğunda, 1,25 mm enindədir, yaşıldır, aşağıdan çox vaxt çəhrayıdır. Ləpə yarpaqları enli oval və ya tərsinə yumurtavaridir, 12-15 mm uzunluğunda, 8-10 (11) mm enindədir, saplağı qısadır. İlk yarpaqları yumurtavaridir, qeyri-bərabər və ikiqat-dişciklidir, əsası enli pazşəkillidir, üst tərəfi tünd yaşıl, alt tərəfi isə açıq yaşıldır, torvari damarlıdır. Yaxın sonuncu yarpaqlar yumurtavari-ovaldır, qeyri-bərabər ikiqat dişciklidir. Ləpəüstü dirsək və ya birinci buğumarası təxminən 5 mm uzunluğundadır, çəhrayı-qırmızıdır, tükcüklüdür [6].

Əkin payızda (15.10.2009) aparılmışdır. İlk cücərtilər 30 mart 2010-ci il tarixində əmələ gəlmişdir.

Birillik toxmacarların hündürlüyü 15-20 sm, çətirin diametri 15 sm-dir. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 4-6 smdir. Yarpaq ayasının saplaqla bir yerdə uzunluğu 4-5 sm, yarpaqcıqların sayı 7-8 ədəddir. Kök sistemi mildir, 4-5 sm dərinə gedir. Kök boyuncuğunun diametri 4,5 mm-dir. Birinci dərəcəli yan köklər 3-5 ədəd olub, uzunluğu 5-10 sm, ikinci dərəcəli yan köklər 8-12 ədəd olub, uzunluğu 4-6 sm, üçüncü dərəcəli yan köklər 18-20 ədəd olub, uzunluğu 3-4 sm-dir. Kök sisteminin diametri 22-25 sm-dir.

İkiillik toxmacarların hündürlüyü 28-30 sm, çətirin diametri 20-25 sm-dır. Çətirin yan budaqları 4-6 ədəd olub, uzunluğu 10-12 sm-dir. Yarpaq ayasının uzunluğu saplaqla bir yerdə 3-5 sm, yarpaqcıqların sayı 6-8 ədəddir. Mil kökün uzunluğu 12-14 sm, kök boyuncuğunun diametri 4,5-5,5 mm-dir. Birinci dərəcəli yan köklər 6-10 ədəd olub, uzunluğu 12-14 sm, ikinci dərəcəli yan köklər 14-16 ədəd olub, uzunluğu 6-10 sm, üçüncü dərəcəli yan köklər 26-28 ədəd olub, uzunluğu 5-7 sm-dir. Kök sisteminin diametri 30-32 sm-dir.



  1. Yüklə 9,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin