7. Sifariş prosedurasının işlənib hazırlanması. Seçim etdikdən sonra alış üzrə agent seçdiyi tədarükçüdən və ya tədarükçülərdən məhsulun əldə edilməsi üçün yekun sifarişin tərtib edilməsinə başlayır. Əksər hallarda alışın yeddi meyarı tətbiq edilir: 1) qiymət; 2) məhsulun keyfiyyət tələblərinə cavab vermə bacarığı; 3) tədarükçünün tədarük qrafikinə cavab vermə bacarığı; 4) texniki imkanlar; 5) zəmanətlər və qüsurlu məhsullar üzrə etirazlara baxılma qaydası; 6) əvvəlki müqavilələrin icra edilməsi keyfiyyəti; 7) istehsalat gücü və avadanlıq. Bütün şərtləri əhatə edən müqavilələrin bağlanması təcrübəsi alışların daha çox bir mənbədən həyata keçirilməsi ilə nəticələnir, belə olan halda həmin mənbədən alınan məhsulların həcmi artır.