Müşahidə. Müşahidə metodu əsas etibarilə istehlakçıların müxtəlif situasiyalardakı davranışını ziləməkdən ibarətdir. Tədqiqatçılar istehlakçıların təbii şəraitdə davranışı izləyə bilər, məsələn onlar məhsulları necə istifadə edir və ya evdə necə yemək yeyir, amma bəzən laboratoriya şəraitində müşahidə aparılır. Bu proses istehlakçıların müxtəlif reklam elanlarına, qablaşdırmalara və ya rənglərə reaksiya verməsinə tədqiqat alətlərindən istifadə etməklə müşahidə etməkdən ibarət ola bilər. Bəzi hallarda müşahidəçilər daha çox “Kolombo” bədii filmindəki hansı möcüzəyə görə isə hələ də hərəkət edən köhnə maşınında gələn, əyninə köhnə solub saralmış plaş geymiş və başqasının heç vaxt görə bilmədiyini görən Piter Falkı xatırladır. O bunu necə bacarır? Adətən o, polisin əhəmiyyət verməyib keçdiyi çox kiçik, amma çox mühüm dəlilləri aşkar edir. İstehlakçıların davranışını təhlil edən yaxşı mütəxəssislər də yaxşı detektivlər kimi istehlakçıların brendə inamını və loyallığını formalaşdıran və ya darnmadağın edən vizual, səs, taktil, dad və iy duyğularına xüsusi diqqət yetirirlər. Məsələn, nüfuzlu “uşaq” bazarına girmək üsulunu tapmaq üçün satıcılar uşaq meydançalarına, məktəblərə və ya idman tədbirlərinə gedib uşaqların məhsullara və vitrinlərə təhtəlşüur səviyyəsində reaksiyasını izləyə bilər.
Ev şəraitində müşahidə tədqiqatçılara imkan verir ki, məhsulların necə istifadə olunduğunu görə bilsinlər. Müşahidə personal müsahib tərəfindən, habelə videokameranın və ya məhsulun real istifadə təcrübəsini qeydə alan digər texniki vasitələrin köməyi ilə aparıla bilər. Məsələn, səhər yeməyi üçün lopa istehsal edən iri firma öz mətbəxlərində videokamera qoyulmasına razılıq verən ailələrə müraciət edir. Ailə üzvü mətbəxə daxil olduqda kamera baş verənləri çəkməyə başlayır. İstehsalçı sonra çəkilişdə adamın lopaya nə qədər süd əlavə etdiyini, qaymaqlı və ya qaymaqsız süddən istifadə etdiyini, səhər yeməyi ilə birlikdə süd içib – içmədiyini, lopa ilə birlikdə başqa hansı məhsullardan istifadə etdiyi və məhsulu və ya qablaşdırmanı daha necə gözəgəlimli etmək olar barədə fikirlər verə biləcək digər istifadə detallarını müşahidə edə bilər.
Dostları ilə paylaş: |