Metod
|
Təsvir
|
Yüksək cəlb olunma nümunəsi
|
Aşağı cəlb olunma nümunəsi
|
Klassik şərti refleks
|
Əgər hər iki obyekt birlikdə tez-tez görünürsə, bir obyektin səbəb olduğu reaksiyaya digər obyekt də səbəb olacaq.
|
Amerika vətəndaşlarında “Amerika” sözünün səbəb olduğu xoş emosional reaksiya “Chrysler” şirkətinin yalnız Amerikada istehsal olunmuş komponentlərdən istifadə etmək planları barədə elanından sonra “Chrysler” markası ilə də yaranır.
|
Şəklin səbəb olduğu xoş emosional reaksiya hətta istehlakçı reklama fikir vermədikdə belə həmin şəkillə birlikdə ardıcıl olaraq göstərilən markanın adı ilə də yaranır.
|
Saınaq və xəta metodu (operant şərtləndirmə)
|
Möhkəmlənmə alan reaksiya oxşar situasiyanın gələcəkdə yaranması halında yenə də möhkəmlənəcək.
|
Bir dəfə televizor almış alıcı aşkar edir ki, bu televizor vəd olunan xarakteristikalarından da üstündür. Sonra o həmin markanın istehsal etdiyi DVD alır.
|
Tanış süd markası çox götür-qoy etmədən alınır. Südün dadı əladır. İstehlakçı bu markanı almağa davam edəcək.
|
Ənənəvi əzbərləmə
|
İki və daha artıq məfhum şərti refleks olmadan da assosiasiya olunur.
|
İstehlakçı jurnallarda avtomobillərə həsr olunmuş çoxlu məqaləni diiqətlə oxumaq, teleproqramlara baxmaq nəticəsində onların müxtəlif markaları barədə öyrənir.
|
İstehlakçı “Compaq” və ya onun məhsullarının reklamı barədə düşünmədən öyrənir ki, “Compaq” ev kompüterləri istehsal edir.
|
Əvəz etmə / Modelləşdirmə
|
Başqalarının davranışının nəticələrini müşahidə etməklə və ya potensial davranışın nəticələrini təsəvvür etməklə davranış öyrənilir.
|
İstehlakçı qadın yeni model ayaqqabını almazdan əvvəl rəfiqəsinin həmin modelə verdiyi reaksiyasını müşahidə edir.
|
Uşaqlar bu barədə fikirləşmədən öyrənir ki, kişilər don geymir.
|
Düşüncə
|
İndividuumlar yeni assosiasiyalar və anlayışlar formalaşdırmaq üçün istehlakçının mövcud, habelə yeni informasiyanı restrukturizasiya və rekombinasiya etmək üçün düşüncədən istifadə edir.
|
İstehlakçı inanır ki, qida sodası soyuducudakı iyi aparır. Xalçadan pis iy gəldiyini görüb onun üzərinə bir az soda səpmək qərarına gəlir.
|
Mağazada limon olmadığını görən istehlakçı onu limon şirəsi ilə əvəz etmək qərarına gəlir.
|