İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


I. Mədəniyyətin istehlakçı davranışına təsiri



Yüklə 324,66 Kb.
səhifə55/131
tarix01.01.2022
ölçüsü324,66 Kb.
#103912
1   ...   51   52   53   54   55   56   57   58   ...   131
I. Mədəniyyətin istehlakçı davranışına təsiri

Mədəniyyət istehlak modellərinin davamlı formalarının mövcudluğunda ifadə olunur. Yalnız müxtəlif ölkələrin və dövrlərin mədəniyyətlərini müqayisə etsək, görə bilərik ki, müəyyən bir ölkədə və ya dövürdə mövcud olan istehlak formaları, digər bir ölkədə və ya dövürdə qəribə və ya hətta mənasızdır.

Makromədəniyyət bütövlükdə cəmiyyətə və onun vətəndaşlarının böyük əksəriyyətinə aid olan maddi və mənəvi dəyərlər və simvollardır.

Mikromədəniyyət isə cəmiyyətin ümumi mə­dəniyyəti daxilində onun bir hissəsi olan (məhdud) sayda insan­lar qrupuna, məsələn dini, etnik və ya digərlərinə aid olan dəyərlər və simvollardır. Mikromədəniyyət həm də submədəniyyət adlanır.



Submədəniyyət – mədəniyyətin hər hansı bir sosial qrupa, təbəqəyə xas olan qarşılıqlı təsirin davamlı spesifik formalarını daxil edən alt sistemidir.

Submədəniyyətin ən vacib ifadələrindən biri yaş, peşəkar, regional qruplara, o cümlədən hər hansı bir ümumi fikir, maraq ətrafında birləşən (məsələn, turizm, balıq ovu), zövqləri üst-üstə düşən (məsələn, müəyyən bir musiqi janrına, üslubuna olan sevgi və s.) insanlar qrupuna xas olan istehlak modelləridir.

İstehlak sahəsinə ən böyük təsirə malik olan dini qruplardir. Məsələn, mormonlar spirtli içki, tabak, siqaret və digər stimulyatorlardan istifadə etməsələrdə meyvə şirələrinin ən əsas istehlakçılardan biri sayılırlar.

Yapon mədəniyyətinin xususiyyəti ondan ibarətdir ki, birbaşa danışıqlar zamanı idarəedən heçvaxt “Yox” sözündən istifadə etməz, ona görə ki, yapon mədəniyyətində bu söz hörmətsizlik əlamətidir. Bununla belə, onlar “Bu çox çətin olacaq” deyir, bu da “Yox” deməkdir.

Mədəniyyətin təsiri məcburiyyət xarakteri daşıyır, bu da qaydalara riayət edənləri həvəsləndirən və onları pozanları cəzalandıran sanksiyalar vasitəsilə təmin edilir. Sanksiyalar iki qrupa bölünür: pozitiv (mədəniyyət normalarına riayət edənlər üçün “pryanik”) və neqativ (normaları pozanlar üçün “şallaq”).


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin