İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə6/131
tarix01.01.2022
ölçüsü324,66 Kb.
#103912
1   2   3   4   5   6   7   8   9   ...   131
2. Kursun predmeti və vəzifələri

İstehlakçıların davranışı tətbiqi elmi fənndir.

İstehlakçıların davranışı kursunun əsasını bir sıra fundamental elmi fənn təşkil edir: menecment, marketinq, sosiologiya, psixologiya və sosial psixologiya, ümumi iqtisadi nəzəriyyə, antropologiya, sosial tarix və mədəniyyət tarixi.

Bu fənn xüsusilə marketinqlə güclü şəkildə əlaqəlidir. Hər bir marketinq kitabında istehlakçı davranışı ilə bağlı ən azı bir fəsil mövcuddur. Mahiyyət etibarilə marketinq bazarda fəaliyyət göstərən firmanın nöqteyi-nəzərindən bazara baxışdır. Bu bazarda istehlakçıların davranış problemi əsas hesab olunur: bütün marketinq kursu firmnanın istehlakçı davranışına reaksiya vermə texnologiyalarının işlənib hazırlanmasıdır.


Menecment


Sosiologiya



Sosial psixologiya

İstehlakçıların davranışı


Psixologiya


İqtisadi nəzəriyyə


Marketinq



Sosial tarix


Mədəniyyət tarixi


Şəkil 1. İstehlakçı davranışının fundamental elmlərlə əlaqəsi

Fərdiyyətçi ənənədə istehlakçı davranışının obyekti (yəni bu fənnin üz tutduğu istiqamət) insandır. Bu baxımdan həmin fənnin obyekti elə təbabətin, psixologiyanın, qismən sosiologiyanın, politologiyanını, iqtisadi nəzəriyyənin və s. obyektidir. Sosioloji ənənədə obyekt ictimai həyatın sferalarından biri – istehsalla, bölgü ilə yanaşı mövcud olan istehlak prosesidir.

İstehlakçı davranışının predmeti (obyektin bu elmi fənnin təmərküzləşdiyi tərəfi) bütün xüsusiyyətlərinin təzahürü ilə bütün insan deyil, onun yalnız bazarda və yalnız istehlakçı qismində təzahür edən tərəfidir. Sosioloji ənənədə müxtəlif sosial icmaların istehlak prosesindəki davranışı predmet sayılır. Beləliklə, insanın son məhsulun istifadəçisi kimi bazar davranışı İstehlakçı davranışının predmetidir.

İstehlak məhsulların, xidmətlərin, ideyaların ehtiyacların təmin olunması üçün alınması və istifadə edilməsidir. Amma müasir cəmiyyətdə istehlak cəmiyyətin əşyalara aid etdiyi rəmzi məna ilə şərtlənmişdir. İnsanlar həm yaşamaq üçün (ən varlı adamlar da aclığın və soyuğun təsirinə məruz qalır), həm də istehlak prosesində istehsal etdikləri simvollar vasitəsilə ünsiyyət qurmaq üçün istehlak edirlər. Avtomobilin yalnız nəqliyyat vasitəsi olduğunu iddia etmək onun yalnız firavan həyat predmeti olduğu iddia etmək qədər reallıqdan uzaq düşməkdir. İlkin tələbatı təmin edən ən elementar istehlak predmeti belə simvolikdir, ən simvolik əşya isə əməlilik möhür gəzdirir. Avtomobil təkcə insan həyatını asanlaşdırmır, o həm də ətrafdakılara sahibi barədə: onun iqtisadi vəziyyəti, zövqü, çox vaxt iddiası, ya da kompleksləri barədə istər – istəməz informasiya göndərən simvoldur.


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin