3. Kommunikasiyaların istehlakçıların davranışına təsiri
Orta hesabla hər bir insan hər gün bir neçə yüz, yaxud da ildə 100 mindən çox reklam məlumatı ilə rastlaşır.
Kommunikasiya prosesini təşkil edən müxtəlif mərhələləri sadə sxem şəklində təsəvvür etmək olar (şəkil 2):
Mənbə
Məlumat
Kommunikasiya kanalı
Alıcı
Dəyişiklik yoxdur
Məqsədin və ya davranışın dəyişməsi
Şəkil 2. Kommunikasiya prosesi
Mənbə öz məhsulu barədə məlumat göndərərək kommunikasiya prosesini başlayır. Bu məlumat verbal və ya qeyri-verbal yolla, daha çox isə hər iki üsulun, həm sözlərin. həm də təsvirlərin köməyi ilə kodlaşdırılmış ola bilər. Ehtimal olunan alıcı bu konkret məhsul üçün xüsusi olaraq seçilmiş hədəf auditoriyaya məxsusdur.
Bundan sonra alıcı məlumatın şifrəsini açır və bundan müəyyən nəticələr çıxarır.
Dostları ilə paylaş: |