İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə70/131
tarix01.01.2022
ölçüsü324,66 Kb.
#103912
1   ...   66   67   68   69   70   71   72   73   ...   131
Yoxlama sualları

  1. Makro mədəniyyət dedikdə nə nəzərdə tutulur?

  2. Mikro mədəniyyət dedikdə nə nəzərdə tutulur?

  3. Submədəniyyət nədir?

  4. Qeyri verbal kommunikasiyasının xüsusiyyətləri?

  5. Resosiallaşma anlayışını izah edin?


Mövzu 6. İstehlakçı davranışı xarici mühitinin determinantları:

ev təsərrüfatı və ailə.

Plan



  1. İstehlakçı davranışına ailənin təsiri

  2. Ailənin həyat siklinin mərhələləri

  3. Ev təsərrüfatı referent qrupu kimi




  1. İstehlakçı davranışına ailənin təsiri

Ailənin alış-verişinə müxtəlif amillər təsirini göstərir. Birinci amil – ailənin davranışıdır. Alış-veriş nəzər nöqtəsindən ailənin davranışını yalnız həmin ailənin bütün ailə üzvlərinin davranışlarını tədqiq etdikdən sonra qiymətləndirmək olar. Axı ailə insanların məcmusudur (qrupudur) və bütün qrupun qərarına onun hər bir üzvünün qərarı təsirini göstərir. Ailənin alış-verişini nəzərdən keçirdikdə nəzərə almaq lazımdır ki, onun üzvləri alış-verişi əsasən iki istiqamətdə həyata keçirirlər: şəxsi istifadə üçün və bütün qrupun rifahı naminə.

Ailənin istehlakçı qrupu kimi öyrənilməsi zamanı xüsusi diqqəti sosioloji göstəricilərə ayırmaq lazımdır ki, onlara aiddir: birlik, uyğunlaşma qabiliyyəti və kommunikasiyalıq.

Ailə birliyi – bu ailə üzvləri arasında mövcud olan emosional bağdır. Qeyd edilən xasiyyətnamə ailə üzvlərinin bir birinə münasibətdə etibarlılıq və yaxınlıq səviyyəsini göstərir, ailə üzvlərinin həmrəylik hissini və ya bir birilərindən ayrılığını xarakterizə edir.

Uyğunlaşma qabiliyyəti – ailənin onun üzvlərinin vəzifələrinin dəyişməsinə, rolların və alış-veriş zamanı təsir səviyyəsinin dəyişməsinə olan qabiliyyətidir. Sadalanan dəyişikliklər ailənin mövcud olmasının müxtəlif mərhələlərində baş verir.

Kommunikasiyalılıq – göstərilən qohumluluq sistemində yaranan və mövcud olan pozitiv və neqativ emosiyalardır. Bir birinə qarşı münasibətdə ailə üzvlərinin pozitiv emosiyaları onlara öz aralarında tələbatları və üstünlükləri ilə bölüşməyə imkan verir ki, bu da müsbət münasibətlərin inkişafına və oturuşmasına dəstəkçi olur və ailənin kommunikasiyalılıq səviyyəsini yüksəldir. Ailə üzvlərinin müsbət emosional vərdişlərinə aşağıdakıları aid etmək olar: özünü onun yerinə qoymaq, dinləmək bacarığı, yaxın olan insanı dəstəkləmə və onun başa düşmək istəyi və səyi. Neqativ kommunikasiya vərdişləri ailə üzvləri arasında qarşılıqlı anlayış və qarşılıqlı yardımın oturuşmasına mənfi təsir göstərir, bütövlükdə ailədə kommunikasiyalılıq səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Ailə üzvlərinin mənfi emosional vərdişlərinə aşağıdakıları aid etmək olar: ikiüzlülük, hərəkətlərin həddən artıq və haqq qazandırılmayacaq səviyyədə tənqid edilməsi, öz fikirini sırınması.


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin