İSTİfadəÇİ razilaşmasi ümumi ŞƏrtləR



Yüklə 18,08 Kb.
səhifə2/7
tarix11.01.2022
ölçüsü18,08 Kb.
#110800
1   2   3   4   5   6   7
XİDMƏTDƏN İSTİFADƏ

ELANLARIN YERLƏŞDİRİLMƏSİ

a) İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və/və ya digər hüquqlar sahəsində, həmçinin Xidmətin normal işinin pozulması ilə nəticələnən və ya buna imkan yarada biləcək istənilən hərəkətləri etməyəcəyini qəbul edir.

b) Sayt İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və/və ya vasitəçisi deyildir. Sayt belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

c) Sayt elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.

d) İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sayt məsuliyyət daşımır.

e)Sayt İstidəçi tərəfindən verilmiş təstiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Sayt belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.

f) Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün, Sayt İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Xidmətdə İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

g)İstifadəçi tərəfindən elanda göstərilmiş şərtlər və onun təsviri qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Əgər elanın hər hansı şərti belə olursa, belə şərtlər və ya belə elan İstifadəçi tərəfindən tamamlanmalı və ya dəyişdirilməlidir ki, istənilən uyğunsuzluqlar aradan qaldırılsın. Uyğun olan dəyişikliklərin daxil etməsinin qeyri-mümkünlüyü halında bu elan İstifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilmiş hadisələrin yaranması vaxtı Sayt belə elanların redaktəsi və ya silinməsi üzrə hərəkətləri İstifadəçinin ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu özündə saxlayır.

h) Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.

j) Elanda satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı özündə ehtiva edən digər internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.



Bundan başqa, İstifadəçi öhdəsinə götürür:

a) Xidmətin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs göstərməyəcək;

b) Xidmətə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Xidmətin işinə mane olmamağı;

c) İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun xidmətlərdən istifadə edərkən olmamalıdır:

• yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;

• dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;

• üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququnu pozma;

• özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını zədələyən məlumatları yayma və yerləşdirmə;

• cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;

• ədəbsizlik, və ya pornoqrafiya xarakterini daşımaq;

• özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, şəxsi informasiyanın və ya başqa məlumatların (Xidmətin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş hərəkətlər;

• üçüncü şəxslərin mülkiyyət hüquqlarını, və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq.

Sayt istənilən elanın müxtəlif səbəblərdən nümayiş müddətlərini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.

Sayt istənilən vaxt istənilən elanın yayımını, hazırkı Razılaşmada qeyd olunmuş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, dayandırmaq hüququna malikdir.

Sayt elanların yerləşdirilməsindən imtina etmək hüququna malikdir.

İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.




Yüklə 18,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin