Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi milli maliyyə təhlükəsizliyinin təmin edilməsi aləti olan monetar siyasətin inkişaf qanunauyğunluqlarını üzə çıxarmağa imkan verən bir sıra nəzəri və metodoloji yanaşmaları əsaslandırmaq, habelə bank sistemində maliyyə təhlükəsizliyinin təmin edilməsinə yönələn monetar siyasətin prioritet istiqamətlərini müəyyənləşdirməkdir.
Qarşıda qoyulan məqsədə çatmaq üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı vəzifələrin yerinə yetirilməsi tələb olunur:
Bank sistemində maliyyə təhlükəsizliyinin təminatının nəzəri əsaslarının araşdırılması;
Pul və maliyyə sabitliyi siyasətinin əsas məqsəd və vəzifələrinin araşdırılması;
Maliyyə qloballaşması və ona xas olan böhranlar şəraitində monetar siyasət konsepsiyasına yenidən baxılması;
Pul siyasətinin tətbiqində istifadə olunan alətlər və maliyyə təhlükəsizliyi siyasətinin əsas prinsiplərinin tədqiq olunması;
Maliyyə sferasında milli maliyyə təhlükəsizliyini təhdid edən neqativ tendensiyaların müəyyən edilməsi;