İxtisas: Dövlət və bələdiyyə idarəetməsi buraxiliş İŞİ Mövzu



Yüklə 105,07 Kb.
səhifə10/24
tarix10.01.2022
ölçüsü105,07 Kb.
#108506
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Mənimsəmə – mülkiyyətin məzmununda müəyyənedici əsas amildir.

İnsanın əşyaya münasibətində ona öz malı kimi yanaşması mənimsəmədir, lakin bu əşya barədə başqa insanlarla münasibətdə xüsusi yanaşma formasıdır. Mənimsəmə geniş mənalı anlayışdır. Mənimsəmə istehsal münasibətləri elementi kimi bir tərəfdən maddi nemətlər istehsalı ilə, digər tərəfdən mülkiyyətin müəyyən formasının mövcudluğu ilə bağlıdır.

Mənimsəmədə subyekt öz mülkiyyəti obyektini başqa subyektlərdən kənarlaşdırır, ayırır, hüquqi sənədlər əsasında öz mülkiyyətinə çevirir. O, həmin obyekti və onun üzərində həyata keçirdiyi iqtisadi proseslərin nəticələrini də mənimsəyir. İstehsalın özündə, gedişində və istehsalın ilk nəticəsi prosesində mənimsəmə baş verə bilər. Hər hansı sahədə əmək sərfi nəticəsində gəlirlər əldə etməklə mənimsəmə ola bilər, tədavül dairəsindəki fəaliyyətin nəticəsi kimi mənimsəmə olur. Deməli, mənimsəmə təkrar istehsalın bütün fazalarında (istehsal, bölgü, mübadilə, istehlak) bü və ya digər dərəcədə ola bilər.

Mülkiyyətçi mənimsəmə vasitəsilə iqtisadi fəaliyyət sferasında özünü möhkəmləndirir. Bütün bu və digər qanuni mənimsəmə formaları mənimsəmə kimi iqtisadi kateqoriyanın mövcudluğundan xəbər verir.




Yüklə 105,07 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin