İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri


Antiteza (yunanca antithesis-qarşı-qarşıya qoyulan deməkdir) t



Yüklə 366 Kb.
səhifə21/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
Antiteza (yunanca antithesis-qarşı-qarşıya qoyulan deməkdir) təzadlı hadisələrin bir-birinə qarşı qoyulması, tutuşdurulması nəticəsində müəyyənləşir. Obyekt və obrazların xarakterindəki mündərəcəni, ziddiyyətləri açmaq üçün istifadə edilən ən təsirli ifadə vasitəsidir.

Antiteza nitqdə bədii ifadə vasitəsi kimi emosionallığı və obrazlılığı qüvvətləndirir və daha da geniş təzad yaradır.

Antiteza ilə antonim sözlər arsında fərqlər var. Bu fərqlər aşağıdakılardan ibarətdir.



1.antonim leksik vahid olduğu halda, antiteza bədii ifadə vasitələridir. Yəni antonimlər bədii ədəbiyyatda işlənməsə, antiteza yarada bilmir.

2.antonim ümumidir, antiteza isə fərdidir, onlar cümlədə, mətndə, bədii əsərlərdə işlənməklə aydın, təsirli mənzərə yardır, xarakterlərin, obrazların mənəvi aləmini aça bilirlər.

3.antitezanı yaradan antonim sözlərin cümlədə işlənməsi vacibdir. Dəymişini qoyub, kalını dərir. Dərd işində yaşadı; yazdı sevinc nəğməsi. Öləcəyəm, bir də dirilməyəcəyəm.

Antonimlər isə ancaq leksik məna əsasında qurulur. Bakının gecəsi də gündüzü kimi işıqlıdır.

Oksimoron(yunanca oxymoron –ağıllı dəli deməkdir)-bir məfhumun əks cəhətlərini ifadə edən iki antonim sözün mənaca qarşılaşdırılıb birləşdirilməsindən yaranan ifadəyə deyilir. Məs; ölü canlar, dilənçi milyoner, göz yaşı içində qəhqəhələr, buz baxışlarda hərarət və s.

Oksimoron iki antonim sözdən əmələ gəlsə də, həmin əksmənalı sözlər yanaşı işlənərək bir ifadə kimi dərk edilir.

Epitetlə oksimoronun uyğunluğu olsa da, fərqli cəhətləri də var. Epitetdə təyin edən söz məcazi, oksimoronda isə hər iki söz məcazi mənada işlənir.


1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin