İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


MÖVZU “LEYLİ VƏ MƏCNUN” POEMASI



Yüklə 0,66 Mb.
səhifə10/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   6   7   8   9   10   11   12   13   ...   53
7. MÖVZU

LEYLİ VƏ MƏCNUN” POEMASI

Nizami 1188-ci ildə Şirvanşah Əxsitandan “Leyli və Məcnun” əfsanəsi mövzusunda yeni bir əsər yazmaq barədə sifariş aldı. Həmin ilin may ayının 24-də yazmağa başladığı əsəri Nizami elə həmin ilin sentyabr ayının 24-də tamamladı. Əxsitan eşq haqqında, insan haqqında əsər yazılmasını istəyir. Bu da intibah ədəbiyyatına dövrün hökmdarlarının böyük maraq göstərdiyini və onlara yüksək qiymət verdiyini göstərirdi. Lakin əsərdən məlum olduğu kimi, Əxsitan əsərin türk dilində yox, fars dilində yazılmasını tapşırmışdı.

Maraqlıdır ki, həm Əxsitan, həm də şairin 14 yaşlı oğlu Məhəmməd bu mövzunu Nizami hünərinə layiq, ona məhrəm hesab edirlər. Belə görünür ki, Əxsitan belə bir mövzuda gəzəl əsər yazmağı ancaq Nizaminin hünəri sayırb.Ərəb ədəbiyyatında bu əfsanənin bir çox mənbələri var. Bunlardan İbn Küteybənin (ölm. 889) “Şeir və şairlər kitabı”, Əbdülfərəc İsfahaninin (ölm. 967) “Nəğmələr kitabı”, Əbubəkr əl Valibinin “Məcnunun divanı” şeirlər məcmuəsi, İbn Sərracın 91106) “Aşiqlərin məhvi” və b. əsərləri göstərmək olar. Bu mənbələrin özü də qədim mənbələrdən istifadə olunaraq yazılmışdır. İ. Y. Kravçovski mənbələrə əsasən belə qənaətə gəlmişdir ki, Məcnun tarixi çəxsiyyət olub, VII əsrin axırlarında yaşamışdır. Şeirləri Uzra qəbiləsi şairlərindən Cəmil, Qeys İbn Zərih və Urva kimi şairlərin yaradıcılığına yaxın olan, əsərlərində uğursuz, nakam, sədaqətli məhəbbəti tərənnüm edən bu şair haqqında get-gedə romantik məhəbbət əfsanəsi yaranmışdır.

X əsrə qədər “Leyli və Məcnun” əfsanəsi yayılmamışdır. X əsrin əvvəllərindən bu əfsanə yayılmağa başlamışdır. “Leyli və Məıcnun” poeması məlum ərəb əfsanəsinin məharətlə nəzmə çəkilməsi yox, zaman və insan haqqında ürək qanı ilə yazılmış son dərəcə müasir bir əsərdir. Nizami Məcnunun faciəsini təsadüfi bir hal kimi yox, zamanın ziddiyyətlərindən, həyatın uğursuzluğundan törəyən bir nəticə kimi qələmə alır. Bu facənin kökünü, səbəblərini, qurbanlarını göstərir. Kədərli dastan yaratmağa məcbur olan sənətkar bu kədərin önündə zamanı günahkar sayır, həyatı meyxanəyə, insanı zəncirlənmiş qula cevirən feodal orta əsrlərini ittiham və inkar edir.

Poemanın mərkəzi surəti Məcnundur. Faciənin müəyyən mənada səbəbi də, obyekti də, nəticəsidir də odur. Nizaminin Məcnun surtətini Şekspirin Hamleti ilə müqayisə etmək mümkündür. Məcnun dəliqanlı bir ehtirasla zəmanəsini inkar edir, gücü çatmayan zamanı əsrlərlə qabaqlayan bir iş görür.

Məcnun böyüklüyülə zaman üçün artıq bir adana çevrilmişdir. Uğursuzluğunu dərk etməsi onun faciəsini daha da artırır. Məsələ Məcnunla zəmanəsinin münasibətlərindəki uyğunsuzluqdadır. Başqaları kimi dünyanın nəbzini tuta bilməyən, ictimai bəlaları həzm edə bilməyən, uzaq üfüqdəki qızartılara, yeniliyə can atan Məcnun böyük adam kimi bənbəxt olur. Ona görə orta əsrlərin mühitində o bəd övladdır, Məcnundur. Ağıllı adamlar onun faciəsinə ağlayır, nadanlar isə ona gülür, çünki onlar ağıllı insanları başa düşməkdən uzaqdırlar. Qeys belə bir mühitdə Məcnuna çevrilir. Qeys Leylini sevir. Lakin onların yaşadığı mühitdə insanı sevmək qanunları pozmaq, dəli olmaq demək idi Onların hər ikisi başa düşürdü ki, onların dövründə sevgi bağışlanılmaz cinayət hesab edilir.

Zaman Məcnunu Leylidən ayırır. Qeys ayaqyalın, başıaçıq çöllərə qacır. Məcnun məhv olmaq istəyir. Məcnun istəmir ki, dünya onun əvəzindən xəcalət çəksin, yaxın adamları onun adını eşidib utansın. Zaman və onun adamları məcnun səviyyəsindən aşağıdır. Məcnun onlar ücün, onlar da məcnun üçün yaddır.


Ey mənim dərdimi anlamayanlar,

Yolumdan çəkilin, nə işiniz var?


Məcnunla zəmanəsi arasındakı uçurumun kökü burdadır.

Zəmanənin Məcnuna münasibəti Leylinin atasının sözlərində əksini tapmışdır: “Oğlun yaman ərköyün böyümüşdür, özbaşına gəzir, dalınca hamı divanə söyləyir…”. Ata gülüş, tənə hədəfi olmqdqn qorxur, Nofələ cavabında qızını Məcnuna verməyi şərəfsizlik kimi qiymətləndirir.

Məcnun Kəbəyə aparılır. Onu ağıllandırmaq, özlərinə tabe eləmək istəyirlər. Lakin Məcnun məğlub olmur, qalib cıxır.

Məcnunun simasındakı humanizm onun heyvanlarla münasibətində də öz əksini tapır. İnsan cəmiyyətinin dəli hesab etdiyi Məcnunu heyvanlar aləmi məhəbbətlə qəbul edir.

Nizami Məcnunun simasında orta əsrlərin qanunları ilə barışmayan ziyalı surəti yaratmışdı. Onun faciəsi ağlın kamalın, insanlığın faciəsidir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin