İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə3/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   2   3   4   5   6   7   8   9   ...   112
Z.Freydin həyatı və fəaliyyəti.

Z.Freyd 6 may 1956-cı ildə Freyburqda anadan olmuşdur. Bu dövrdə Freyburq Avstriya-Macarıstan tərkibində idi, indi isə Çexiya Respublikasına aiddir. Atası yəhudi bir yun taciri idi və qırx yaşında olarkan özündən iyirmi yaş kiçik birisiylə ikinci nigahı nəticəsində Freyd doğulmuşdur. Freyd dörd yaşında  olarkən iqtisadi problemlərlə əlaqədar olaraq ailəsi Viyanaya köçür və Freyd 1938-ci ilə qədər burada yaşayır.

Çalışqan bir tələbə olan Freyd məktəb illəri zamanı Latın, İngilis və Fransız dillərini, daha sonra isə şəxsi səyi nəticəsində İbrani, İspan və İtalyan dillərini öyrənir. 1873-cü ildə Vyana Universitetnin tibb fakultəsinə daxil olur. Universitet illərini ağır keçirən və daima yahudi olduğu üçün ayrıseçkiliyə məruz qalan və tələbə yoldaşları tərəfindən də qəbul edilməyən Freyd 1876-cı ildə fizyoloq Brükenin (Brücke) labaratoriyasına daxil olur və burada anatomipatalogiya və insan sinir sistemləri üzrə tədqiqatla məşğul olur. 1881-ci ildə təhsilini başa vurduqdan sonra 1883-cü ildə Dr. Teodor Maynertin (Dr. Theodor Meynert) başçılığı altında psixoateriya klinikasında asistant olaraq işləməyə başlayır. Bu illərdə kokayin üzrə tədqiqatlar aparır.

1885-ci ildə burs qazanaraq Parisə gedən Freyd Salpetri Xəstəxanasında (Salpêtriê) staja başlayır. Bir il burada işləyir və bu il ərzində təlkin və hipnotizma haqqında tədqiqatla məşğul olur. 1886-cı ildə Berlinə gedir və burada uşaq nevropatalogiyası ilə məşğul olur. Həmin il Vyanaya qayıdır və burada dörd il nişanlı olduğu Marta Bernays (Martha Bernays) ilə evlənir.

Freyd Vyanada yaşadığı illər ərzində bir çox kitablar yazmaqla yanaşı Psixoanalizi inkişaf etdirir, bununla yanaşı həkim işləyir və dərnək quraraq bir çox seminarlar verir. 1923-cü ildə həkimlər tərəfindən ağız xərçəngi olduğu bildirilir və bu xəstəliyə görə 33 dəfə əməliyyata alınır. 1938- ci ildə almanların Vyanaya girməsi ilə əlaqədar olaraq Freyd Londona köçür və ömrünün sonuna qədər orada yaşayır və 1939-cu ildə vəfat edir.




Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin