İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə117/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
Böyrəklər, quruluşu, əhəmiyyəti. Böyrəklər paxlaşəkilli, cüt, ekskretor funksiyalı, vəzili orqandır. Əsas funksiyası sidik hazırlamaqdır. Uzunluğu 10-12 sm, eni 5-6 sm, qalınlığı 3-4 sm, çəkisi 120-200 q – a qədər olur. Böyrəyin ön səthi qabarıq, arxa səthi yastıdır. Böyrəyin içəri kənarının ortasında böyrək qapısı yerləşir. Böyrək qapısından böyrək arteriyası və sinirlər daxil olur. Böyrək venaları, limfa damarları və sidik axarı xaric olur.

Böyrəklər qarın boşluğunda, onurğanın yan tərəflərində, bel nahiyəsində çəp istiqamətdə yerləşirlər.

Böyrəklər mürəkkəb borulu-alveollu vəzilərdəndir. Quruluşca parenximi iki maddədən təşkil olunmuşdur: Daxildə beyin maddə və xaricdə qabıq maddə.

Böyrəyin beyin maddəsi açıq çəhrayı rəngdədir və 15-25-ə qədər böyrək piramidlərindən təşkil olunmuşdur. Böyrək piramidləri düz borucuqlardan əmələ gəlmişdir və böyrək sütunları vasitəsilə bir birindən ayrılır. 1 və ya 1 neçə piramidlərin birləşmiş zirvəsində böyrək məməciyi vardır. Məməciklərin sayı 4-8 ədəd olub, hündürlüyü 6 mm-dir. Piramidləri təşkil edən yığıcı bo

rucuqlar bir birilə birləşib, ümumi yığıcı borucuqları və onlarda 15-20 ədəd məməcik axacaqlarını əmələ gətirirlər. Bu axacaqlar məməciyin zirvəsindəki məməcik dəlikləri vasitəsilə böyrəyin kiçik kasalarına açılırlar. Məməcik dəlikləri olan nahiyə xəlbir sahə adlanır. Böyrəyin beyin dəliklərinin bir hissəsi qabıq maddəyə keçir və onun şüalı hissəsini əmələ gətirir.

Böyrəyin qabıq maddəsi tünd qırmızı rəngdə olub, paycıqlardan təşkil olunmuşdur. Qalınlığı 5-7 mm və beyin maddənin xaricində yerləşir. Qabıq maddənin böyrəyin beyin maddəsinə daxil olan hissəsi böyrək sütunlarını əmələ gətirir. Bu sütunlar vasitəsilə böyrək piramidləri bir birindən ayrılır.

Qabıq maddə nefron adlanan külli miqdarda mikroskopik cisimciklərdən təşkil olunmuşdur (2-2,5 mln). Bunlar bir neçə hissədən ibarət olub böyrəklərin morfo-funksional vahidi hesab olunur. Nefronlar Şumlyanski-Bauman kapsulu ilə qabıq hissədən başlayır.

Bu kapsul kasacıq şəklində olub iki qat epitelidən ibarətdir. Kapsuldan beyin maddəyə doğru I dərəcəli qıvrım sidik borusu başlayır. Həmin borucuq beyin maddəsində düzlənib Henle ilgəyini əmələ gətirir. Sonra bu beyin maddəsindən qabıq maddəsinə keçərək yenidən II dərəcəli qıvrım borucuğunu əmələ gətirir. Bu borucuqlar düz sidik toplayıcı borucuqlara açılırlar. Həmin borucuqlar piramidlərin zirvəsində kiçik böyrək kasacıqlarına açılır. Bir neçə kiçik kasacıq birləşib 2-3 böyük böyrək kasacıqların əmələ gətirir. Həmin böyrək kasacıqlarından sidik böyrək ləyəninə açılır. Buradan isə sidik axarları vasitəsilə sidik kiçik çanaqda yerləşən sidik kisəsinə tökülür.

Böyrək arteriyası enən aortanın qarın hissəsindən başlanğıcını götürür və böyrəyin qapısında ön və dal şaxələrə bölünür. Gətirici damarın dm – i aparıcı damarın dm-dən böyükdür. Ona görə də damar yumaqcığında və ya kapilyar ilgəklərdə yaranan durğunluq nəticəsində kapilyarlarda osmotik təzyiq artır, yumaqcıq və ya hemostatik təzyiq adlanır. Gətirici arteriya Şumlyanski-Bauman kapsuluna daxil olub malpigi yumaqcığını təşkil edir. Yumaqcığın kapilyarlarından çıxan arteriya aparıcı arteriya adı ilə kapsuldan xaric olduqdan sonra qıvrım borucuqlar, Henle ilgəyi ətrafında ikinci dəfə kapilyar sisteminə keçərək venaları əmələ gətirir. Böyrək venaları böyrək qapısından çıxıb aşağı boş venaya açılır.

Sidiyin əmələ gəlməsi böyrəkləri təşkil edən nefronların fəaliyyəti ilə əlaqədardır. Sidiyin əmələ gəlməsi iki faza təşkil edir.

I faza filtrasiya və ya süzmə. Gətirici arteriya ilə yumaqcığa gələn qan, yumaqcıqda qan təzyiqinin yüksək olması sayəsində qanın duru hissəsi kapsula daxilinə süzülür və ilk sidiyi əmələ gətirir. Ilk sidiyin tərkibi plazmanın tərkibi kimidir. Lakin tərkibində zülalların olmaması ilə ilk sidik plazmadan fərqlənir.

Son sidik ilk sidikdən yaranaraq bədəndən xaric edilir. Ilk sidik sidik borucuqlarından axdıqda ilk sidiyin tərkibində olan suyun çox hissəsi, suda həll olunmuş duzlar, şəkər və bir sıra başqa maddələr geriyə qana sorulur. Bu hadisə reabsorbsiya adlanır. Beləliklə, ilk sidik qatılaşaraq (təxminən 70 dəfə) 1,5 l son sidiyi əmələ gətirir. Son sidik isə sidik yolları vasitəsilə bədəndən xaricə verilir.

Sidik axarları 25-30 sm boruşəkilli olub, böyrək qapısından çıxaraq aşağı enir və kiçik çanaqda sidik kisəsinə açılır. Sidik kisəsinin daxili qişası çoxqatlı yastı epitel ilə örtülür və boylama büküşlərə malikdir. Saya əzələ qatının yığılması sayəsində sidik dəqiqədə 2-3 sm sürətlə böyrəklərdən sidik kisəsinə axır.

Sidik kisəsi çanaqda, kişilərdə düz bağırsağın önündə, qadınlarda isə uşaqlığın önündə yerləşir. Həcmi kişilərdə 750 kub sm, qadınlarda 650 kub sm, uşaqlarda isə 100 kub sm-ə bərabər olur. Sidik axarları sidik kisəsinə çəp istiqamətdə açılır. sidik kisəsi dolduğu zaman sidik kanalının daxili dəliyi qapanır və sidiyin əks istiqamətdə geri qayıtmasının qarşısını alır.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin