Üz kəlləsinin sümükləri.
Əng sümüyü-üz skeletinin əsasını təşkil edir. Göz yuvalarının aşağı, burun boşluğunun yan divarlarının əmələ gəlməsində iştirak edən cüt havalı sümüklərdir. Onun cismi və 4 çıxıntısı vardır. Alın almacıq damaq və alveol çıxıntılar.
Göz yaşı sümüyü – incə və kiçik sümüklərdən olub, göz yuvasının içəri divarının təşkilində iştirak edir. Öndə əngin alın çıxıntısı, arxada xəlbir sümüyünün göz yuvası hissəsi, yuxarıda alın sümüyü, aşağıda əng sümüyü ilə birləşir.
Almacıq sümüyü – üz sümüklərinin ən möhkəmidir. Onun ön bayır,, gicgah və göz yuvası səthləri, alın və gicgah çıxıntıları vardır.
Aşağı burun balıqqulağı – Uzunsov səhvə şəklində olub, cismi və üç çıxıntısı vardır. Cismin içəri və bayır, yuxarı, aşağı və dal kənarları ayırd edilir.
Burun sümüyü-içəri kənarları vasitəsilə birləşərək burun kökü və burunarxasını təşkil edir.
Xış sümüyü-dördbucaqlı səhvə şəklində olub, burunun sümük arakəsməsinin təşkilində iştirak edir.
Çənə sümüyü-yeganə sümükdür ki, kəllə ilə hərəkətli birləşir. Çənə sümüyü cismdən və iki şaxədən ibarətdir.
Dilaltı sümük-Boyun nahiyəsində qırtlaqla çənə sümüyü arasında, dil kökünün altında yerləşir. Nal şəklindədir. Cismdən və iki cüt buynuzdan ibarətdir.
Dostları ilə paylaş: |