İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə78/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   119
Qanın laxtalanması. Qanın laxtalanması orqanizmin mühüm müdafiə mexanizmlərindən biri olmaqla, onu qanaxmadan xilas edir. Bu prosesdə qan və toxumada tromboplastın əmələ gəlməsi, bunların təsirindən protrombindən trombin ə.g.si, bunun təsirindən həll olan fibrinogenin həll olmayan fibrinə çevrilməsi baş verir. Fibrinin ə.g.si ilə qan laxtası meydana çıxır və laxtalanma baş verir.

Qan qrupları. Çex alimi Yanskinin verdiyi təsnifata görə insanda 4 qan qrupu ayırd edilir:

  1. I qrup qan 40%, bütün qan qruplarına verə bilər, yalnız I qan qrupundan ala bilər. Universal donordur.

  2. II qrup qan 39%, 2-4 qan qruplarına verə bilər, yalnız 1-2 qan qrupundan ala bilər.

  3. III qrup qan 15%, 3-4 qan qruplarına verə bilər, yalnız 1-3 qan qrupundan ala bilər.

  4. IV qrup qan 6%, 4 qan qrupuna verə bilər, bütün qan qruplarından ala bilər.

Dünya əhalisinin 85%-i müsbət rezus faktor, 15 %-i isə mənfi rezus faktor daşıyıcısıdır.

Hematransfuziya, yəni, qan köçürmə ən geniş yayılmış müalicə üsullarından biridir. Qan verən insan donor, qan köçürülən insan isə resipient adlanır. Qan köçürmə steril şəraitdə və həkim nəzarətində aparılmalıdır. Qan köçürən zaman qaan qrupu və rezus faktor(Rh) müəyyən olunmalıdır.



Limfa sistemi. Orqan və toxumalarda yerləşən makro və mikroskopik limfa sahələrindən, limfa kapilyarlarından, limfa damarlarından, limfa düyünlərindən, limfa kötüklərindən və axacaqlarından təşkil olunmuşdur.

Limfa sistemi orqanizmdə müdafiə funksiyası yerinə yetirir, limfa düyünlərindən süzülən toxuma mayesini yenidən təmizlənmiş halda qana, orqan və toxumalara qaytarır. Limfa sisteminin köməyi ilə orqan və toxumalardan qan kapilyarları divarından keçə bilməyən iri molekullu zülallar, həmçinin insan bədəninə düşən yad hissəciklər və mikroorqanizmlər xaric edilir.

Limfa sisteminin başlanğıcını limfa kapilyarları təşkil edir. Limfa latınca təmiz şəffaf su deməkdir. Öz tərkibinə görə praktik olaraq toxuma mayesindən fərqlənmir. Qan damar sistemindən fərqli olaraq limfa dövran təşkil etmir. Limfa qandan yaranır və qana daşınır.

Limfa kapilyarlarının birləşməsindən limfa damarları əmələ gəlir. Limfa damarları orqan və nahiyələrə müvafiq regional limfa düyünlərindən keçərək aparıcı limfa damarları adlanır və bir birilə birləşərək limfa kötüklərini əmələ gətirirlər. limfa kötüklərinin birləşməsindən isə limfa axacaqları formalaşır. Limfa damarları infeksiyanın və şiş hüceyrələrinin yayılmasına səbəb ola bilər.

Limfa axacaqları limfanı qəbul edən ən böyük kollektorlar (yığıcılar) olub, sonda venoz sistemə açılırlar.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin