2.8. Maqnit sahələrinin istifadəsi. Kənd təsərrüfatı texnologiyalarında maqnit sahəsinin xarakteristikası və istifadə sahəsi. Toxumların və yemlərin maqnitlə təmizlənməsi, suyun emalı.
2.9. Ultrasəs texnologiyaları. Ultrasəs titrəmələrinin xassələri və xarakteristikaları. Ultrasəs elektrik generatorları. Ultrasəsin texnoloji proseslərdə, baytarlıqda və nəzarət sistemlərində istifadəsi.
2.10. Yüksək tezlikli və yuxarı yüksək tezlikli (YT və YYT) elektromaqnit sahələri. YT və YYT alınma prinsipləri. Qızdırma, qurutma, sterilizasiya və pasterizasiya texnoloji proseslərinin stimullaşdırılması və bioloji obyektlərin inkişafı üçün YT və YYT sahələri və üstünlükləri. YYT-lə qidaların hazırlanması, kombikormaların emalı. YYT- qurğularının dəqiq əkinçiliyin və heyvandarlığın nəzarət sistemlərində istifadəsi.
Kənd təsərrüfatı məhsullarının soyudulması və saxlanmasında elektrofiziki metodlar. Kənd təsərrüfatı məhsullarının soyudulması və saxlanmasında aşağı vakuumun istfadəsi.
3. Kənd təsərrüfatının elektrikləşdirilməsinin elektrik avadanlıqları və metodları
Dostları ilə paylaş: |