Yenidənhazırlanma təhsili üzrə dövlət sifarişi pedaqoji kadrın bir mütəxəssis kimi digər struktur bölmə, müəssisə, region və s. Obyekt üçün zəruriliyi yarandıqda (kadr dislokasiyasındakı mütənasibliyə, ye-ni ixtisaslar üzrə kadr hazırlığına, istehsalat münasibətlərinin dəyiş-məsinə və s. uyğun) həmin subyektin işlədiyi müəssisə, təşkilat və orqan tərəfındən hazırlanır. Bu zaman yeni iş yerinin ixtisas xarakteri-stikası, subyektin ilkin baza təhsili və real potensial imkanları nəzərə alınır. Onun əvvəlki baza tohsili ilə yenidən alacağı ixtisas arasındakı yaxınlıq və fərqlər müəyyənləşdirilir. Bundan sonra həmin pedaqoji işçi ilə lazımi söhbətlər, fıkir mübadiləsi, məsləhətləşmələr və s. apa-rılır.- onun şəxsi arzusu və razılığı əsas götürülür, müvafıq təqdimat-sifariş hazırlanır.