Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə103/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   99   100   101   102   103   104   105   106   ...   120
2-Uca Allahla xəlvət etmək: Təklikdə xəlvətdə özümüzü Rəbbimizlə birlikdə hiss edəcəyik. Yəni O, bizim yaradanımız, idarə edənimiz və qüvvət verənimiz olsa da, Onunla birlikdə, sıx əlaqədə, həmişə Onunla xəlvətdə olduğumuzu və başqalarının deyil, yalnız Onun bizimlə birgə olduğunu görəcəyik. Qurani-kərimdə buyurulur:

------------səh.44

Siz harada olsanız, O sizinlədir!”1

Onu özümüzlə, özümüzü də Onunla birlikdə və bir-birimizlə olan əlaqəni çox möhkəm və yaxın hiss edəcəyik. Məgər belə deyilmi ki, O, hər bir şeyin və hər bir məxluqun Rəbbi və yaradanıdır? Mənim və sənin həqiqətimiz yəni “mən” sözü ilə işarə olunan həqiqət Onun məxluqu deyilmi? Mənim və sənin həqiqətinin Rəbbi O deyilmi? Bizim həqiqətimiz Ondan qaynaqlanmırmı və Onunla birlikdə deyilmi?

Əgər bu məqamda öz düşüncəmizin seyrində müvəffəq olsaq, batinimizdə tovhid nuru şölələnməyə başlayacaq, şirkin kökləri qırılacaq, imanımız möhkəmlənəcək, həqiqətin üzərindən hicablar və qaranlıqlar götürüləcək. Bizim sərvərimiz və tədbirçimiz məhz yeganə olan Allahdır! Bütün xeyir və zərərlərin mütləq calal və camal sifətlərinə malik Allah tərəfindən hökmün yalnız Ona məxsus olduğuna inanaraq, Onu öz məbudumuz və Rəbbimiz qərar verəcəyik.

Allah-taala ilə xəlvət edərkən, hər nə qədər çox fikirləşsək. Üzümüzə həqiqət qapıları bir o qədər çox açılar və ayələrin sirləri, xüsusilə “Allahdan başqa heç bir dost və yardımçı, heç bir məbud yoxdur, insanlar öz puç xəyalları ilə Ondan başqasını özləri üçün tanrı, məbud, dost və köməkçi qərar verərək azğınlığa düşürlər” –ayələrinin, mənaları bizə məlum olar. Həmçinin aşağıdakı ayələri daha yaxşı başa düşərik:

------------------səh.45.

1-Məgər sən bilmirsən ki, göylərin yerin səltənəti (hökmranlığı) yalnız Allaha məxsusdur sizin Allahdan başqa dostunuz yardımçınız yoxdur?!”1

-------------------

2-”(Müşriklər) Allahı qoyub özlərinə xeyir, zərər verə bilən bütlərə ibadət edirlər.”2

-------------------

3-Allahdan başqa ibadət etdikləriniz sizin atalarınızın (özünüzdən uydurub) qoyduğunuz adlardan (bütlərdən) başqa bir şey deyildir.”3

Bu ayələrə bənzər digər ayələr çoxdur. Onların hər birində xüsusi incəliklər, işarələr, həqiqətlər və sirlər mövcuddur.

Elə təsəvvür etməyin ki, bu ayələri də Qurani-kərimin digər ayələrini başa düşdüyümüz kimi dərk edirik. Əlbəttə, onların zehni mənalarını müəyyən qədər başa düşür və onları qəbul edirik. Lakin onların həqiqətlərini canlı şəkildə dərk etmirik. Zehni mənalar və əyani həqiqətlər arasında böyük fasilə var. Onların arasındakı fasilə sözə, yazıyaa və ibarələrə sığmır, zehni məfhumlar və xarici həqiqətlər arasında mövcud olan fasilə kimidir.

“Fikir” məqamında və “Uca Allah ilə xəlvətdə” gördüklərimiz mənim və sənin zehnimizdə mövcud olan zehni mənalar deyil, ayələrin eyni və əyani həqiqətləridir.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin