1-Elmi təqdir: Ölçü və miqdar deməkdir. Allahın elmi təqdirində məqsəd budur ki, Allah-taala hər şeyin hər zamanda və məkanda hansı surətdə gerçəkləşəcəyini bilir. Başqa sözlə, Allah-taala varlıqların və fenomenlərin yaranma şərtləri, səbəbləri və müqəddimələrinin hazırlanmasından və onların baş verməsindən agahdır.
Allahın bu elmi təqdiri insanın ixtiyarı ilə heç bir ziddiyət təşkil etmir; çünki Allah-taala bilir ki, məsələn, filankəs öz ixtiyarı və istəyi ilə hansı işləri və əməlləri yerinə yetirəcəkdir. Həqiqətdə Allahın əzəli elmi və uzaqgörənliyinin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki insanın ixtiyari olaraq yerinə yetirdiyi işlər Allahın elminin bir hissəsində qərar tutur və belə bir elmin nəinki ixtiyarla ziddiyyəti yoxdur, həm də onu təsdiqləyir.1
Dostları ilə paylaş: |