Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə113/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   109   110   111   112   113   114   115   116   ...   120
2-Eyni təqdir: Müəyyən ölçüdə icad etmək və yaxud hansısa bir şey üçün ölçü qərar vermək mənasındadır. Allahın eyni təqdiri məxluqatın idarə olunmasından ibarətdir. Belə ki, fenomenlərin üzərində xüsusi təsir qoyulur və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki, cins, növ, şəxs və şəxsin halətləri bir-birindən fərqlənəcəkdir. Məsələn, insan cinsinin təqdiri yer üzündə xüsusi bir zamandan başlayaraq müəyyən bir vaxta qədər həyat sürməsindən, hər bir şəxsin təqdiri isə məhdud zaman çərçivəsində ata və anadan dünyaya gəlməsindən ibarətdir. Eləcə də, insanın ruzisində, həyatının digər problemlərində və ixtiyari işlərində olan təqdir onların hər hansı biri üçün xüsusi şəraitin hazırlanmasından ibarətdir. Həqiqətdə Allahın təqdiri bundan ibarətdir ki, Allah-taala hər hansı bir məxluqu müəyyən hədlər, qeyd-şərtlər, xüsusiyyətlər və istedadlarla vücuda gətirir.1

Bu təqdirin insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur; çünki bizim ixtiyarımız, öz ixtiyarımızla yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir başqa fenomen kimi, xüsusi yerdən, müəyyən kadrdan və özünəməxsus dairədən kerçəkləşir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari bir əməl sayılan) insanın danışması mütləq özünəməxsus bir üzvlə həyata keçir və danışıq forması alır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri, dodaqları yaratmış və bu hissələri (ixtiyari əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.

Allah-taala ixtiyari işlərin müqəddimələrini də xüsusi şəraitlə təyin etmişdir. Məsələn, Allah-taala insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onun sərf olunma yerlərini ayırd etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər rol oynayır. Əgər bu bədən üzvləri olmasaydı, ixtiyari bir əməl sayılan qidalanma prosesi gerçəkləşməzdi.

Ümumiyyətlə, Allah-taalanın xaricdə təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir. İnsanın ixtiyar və iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bizim bədənimizdə hansı üzvün olub-olmamsında heç bir seçim ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, ixtiyari əməllərin müqəddimələri məcburi olaraq yaranmışdır (və əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).

Allah-taala Öz müəyyən etdiyi təqdirlə hər hansı bir şəxsin yaşayışı üçün çərçivələr qərar vermişdir. (bizə öz növbəsində məcburi olaraq əta olunan) İxtiyari fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olub, istədiyimizi görə bilərik, lakin ona tabe olmaq bizim ixtiyarmızdan xaricdir.

Başqa sözlə, ixtiyar qanunu, bütün ixtiyari işlərin müqəddimələri və ixtiyari işlərin görülməsini həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdurlar. Lakin öz ixtiyarımızdan və həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır.

“İlahi qəza” və onun ixtiyarla münasibəti barəsində söhbət etməzdən öncə, qeyd etmək lazımdır ki, “eyni təqdir” mənasını daşıyan ilahi təqdir həqiqətdə naqis səbəblərə qayıtmaq deməkdir. Yəni fenomenin yaranması bir sıra müqəddimələrlə bağlı olub, o şeyin ölçüsü və həddinin təyin olunmasında təsirlidir və ona həmin şeyin təqdiri deyilir. Lakin bir şeyin tam səbəbi Allaha istinad edilsə belə, bu terminə əsasən, “təqdir” adlanmır. Bu tezliklə haqqında danışacağımız “qəza”dan ibarətdir.

Bu təhlilə əsasən, eyni təqdir heç vaxt dəyişə bilməz; çünki bir şeyin müqəddimələri hazırlandıqda, – əgər uzaq müqəddimələrdən olsa, – yenə də bir neçə başqa vasitə gerçəkləşməli, nəhayət həmin fenomenin özünə çatmalıdır. Bu zaman mümkündür ki, bir maneə yaranıb həmin şeyin gerçəkləşməsinin qarşısını alsın.

Bu incəliyə diqqət yetirdikdə, təqdirin dəyişməsi ilə əlaqədar nəql olunan bir çox rəvayətlərin mənası aydınlaşır. Bir sıra rəvayətlərdən başa düşülür ki, insan bəzi əməllər yerinə yetirməklə öz təqdirini dəyişə bilər. Məsələn, sədəqə vermək bəlanın aradan qaldırılmasına, qohumluq əlaqələrini möhkəmlətmək ömrün uzun olmasına səbəb olur. Belə bir vəziyyətdə, ilkin olan eyni təqdir bir bəlanın nazil olması, (məsələn) insanın müəyyən bir yaş həddinə çatdıqda, xəstəlik və ya qəzaya uğramaq nəticəsində vəfat etməsidir. Lakin sədəqə vermək və qohumluq əlaqələrini möhkəmlətmək həmin bəlanın və yaxud vəfatın qarşısını alır, təqdirin, taleyin dəyişdirilməsinə səbəb olur.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin