Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə115/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   112   113   114   115   116   117   118   119   120
Allahın eyni qəzası: Bu, varlıqların labüd olaraq gerçəkləşməsinin Allaha mənsub edilməsi deməkdir. Başqa sözlə, Allahın eyni qəzası tələb edir ki, fenomenlərin varlığının yarandıqları ilk gündən, hətta uzaq müqəddimələrin hazırlandığı vaxtdan Onun hikmətli tədbiri altında olduğuna inanaraq, yaradılış şərtlərinin hazırlanıb, son mərhələyə çatmasını Onun iradəsinə tabe hesab edək.

Başqa sözlə:

1-Hər hansı (səbəbə ehtiyacı olan) varlığın özünün zəruri varlıq həddinə çatması onun tam illətinin (səbəbinin) gerçəkləşməsi yolu ilədir.

2-Heç bir məxluq öz varlığında və varlığının təsirlənməsində müstəqil deyildir.

3-Təbii ki, bütün fenomenlərin varlığının zəruriliyi tam müstəqilliyə malik olan və heç bir şeyə möhtac olmayan Allaha aid edilir.

Həqiqətdə Allahın qəzası tələb edir ki, hər hansı bir fenomenin varlığı Onun təkvini izninə və istəyinə mənsub edildiyi kimi, Onun izni olmadan heç bir varlıq, varlıq aləminə qədəm qoya bilməz. Hər bir şeyin yaradılışı Allahın eyni qəzasına əsaslanır və Onun icazəsi olmadan heç bir varlıq özünəməxsus surətinə düşə bilməz.1

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin