Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə117/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   112   113   114   115   116   117   118   119   120
SUAL 15: Üsulid-din (dinin əsasları) təhqiqi olduğu üçün məndə etiqadi məsələlərə qarşı şübhə yaranmışdır. Bu da, məni vacib əməllər və ibadətlərin yerinə yetirilməsində vəsvaslığa salmışdır. Məsləhət verib, yol göstərməyinizi xahiş edirəm!

Hər şeydən öncə, bu incəliyi qeyd etməliyəm ki, vəsvəsə, şəkk-şübhə və tərəddüd şeytani təhlükələr və nüfuzlardandır. Necə ki yəqin, rahatlıq, möhkəmlik ilahi lütf və mərhəmətlərdəndir. Şeytan Allahın bəndələrini doğru və haqq yoldan sapdırmaq üçün, müxtəlif yollardan və hiylələrdən istifadə edir. O, hiylə və məkr əhli olduğundan insanları azdırmaq üslubunu onların vəziyyətlərinə uyğun olaraq müəyyən edir və həmin yoldan daxil olub, əyri yola yönəldir. Məsələn, şəri məsələlərə və hökmlərə etinasız yanaşan şəxs heç vaxt dəstəmazda və ya namazda vasvaslığa düçar olmaz. Vasvasılıq şeytani təhriklərdəndir və o, şəri məsələlərə etinasız yanaşan şəxsi narahat etmir. Əksinə, onu şəri vəzifələrdən və ilahi təkliflərdən daha da uzaqlaşdırmaq üçün, həmin şəxsin daxili təmayüllərinə, uyğun bir yol seçir. Buna əsasən, sizi dinin zəruri məsələlərində şəkk-şübhəyə, tərəddüdə salan Şeytan sizin dini əməllərə qarşı diqqətinizdən xəbərdar olduğundan, əlini məhz həmin nöqtə üzərinə qoyaraq ilahi neməti almaq istəyir.

Bu məsələyə diqqət yetirməklə deyə bilərik:

Əvvəla: Sizin dinin əsaslarını qəbul etməkdə təqlid etməyib, mütaliə və təfəkkürlə səy etməyiniz tərifəlayiqdir. Sizin bu işinizə görə Allahın yanında çoxlu savab və mükafatınız var.

İkincisi: Əqidələrinizdə şəkk-şübhəyə düçar olduğunuz üçün Allah dərgahında əməllərinizin qəbul olunmayacağını, bunun sizə heç bir fayda verməyəcəyini özünüzə təlqin etməyin. Bunün özü də şeytani hiylələrin davamıdır. Əvvəlcə əqidələri daxilinizdə süstləşdirir, sonra əməllərinizə irad tutaraq, sizdə onlara qarşı şəkk-şübhə icad edir.

Sizin “Allah bu əməlləri məndən qəbul etməyəcəkdir!” – deməyinizin səbəbi budur ki, siz səmimi qəlbdən Allahı qəbul edir və Onun varlığına şübhə etmirsiniz. Buna əsasən, şeytani istəklərə və vəsvəsələrə düçar olmağınıza baxmayaraq, öz ibadətinizi davam etdirin və Allahın digər bəndələri kimi, mehriban və mərhəmətli Allahın dərgahında əməllərinizin qəbul olunacağına ümidvar olun!



Üçüncüsü: Bilin ki, Şeytan zəifdir, onun hiylə və məkri ağıllı, həqiqət axtaran, Allahı istəyən, Allah zikri ilə yaşayan və Onun əmrinə təslim olan insanlara təsirsizdir.

Qeyd olunan bu üç məsələyə diqqət yetirməklə yanaşı, bir müddət Şeytan və onun vəsvəsələrilə mübarizə aparın. Şeytanla mübarizə aparmağın yolları aşağıdakılardan ibarətdir:




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin